“Hər kim Quran barəsində öz rəyi ilə danışar və təfsir edərsə, haqq olsa belə, günah etmiş olar”
Müəllif: Admin
Tarix: 7-11-2018, 21:16
“Hər kim Quran barəsində öz rəyi ilə danışar və təfsir edərsə, haqq olsa belə, günah etmiş olar”
Məsum İmamların (ə) ən mühüm vəzifələrindən biri – dini, əhkamı və Quran təfsirini təbliğ etmək olmuşdur. Əhli-beyt (ə) – Quranın arifləridirlər. Məsumlar (ə) Quranın batinidirlər və onlardır Quranın həqiqi təfsirçiləri.

Quran barədə İmam Həsən Müctəbanın (ə) mübarək dilindən dinləyək. Ərbəli İmam Həsəndən (ə) nəql edir ki, buyurub: “Bu Quran – nur çırağı, sinələrin şəfasıdır”. Allah yolunun yolçusu gərək onun nurunda seyr etsin.

İmam Həsən (ə) başqa yerdə buyurur: “Dünyada Qurandan başqa bir şey qalmamışdır. Ona görə də onu öz rəhbəriniz qərar verin ki, sizi hidayətə yönləndirsin. Qurana ən layiqli insanlar o kəsdir ki, ona əməl edər, baxmayaraq ki, onu əzbərləməz. Qurana ən uzaq insan o kəsdir ki, ona əməl etməz, baxmayaraq ki, onu oxuyar”.

İmamın (ə) bu nurani sözlərində məqsəd odur ki, Quranın buyurduqlarına əməl edərək onu öz imamınız, rəhbəriniz qərar verin.

İmam Həsən (ə) buyurur: “Bu Quran rəhbər halında Qiyamət günü gələcək və o insanlar ki, Allahın halalını halal, haramını haram biliblər və Qurana iman gətiriblər – behiştə yollanarlar. O insanlar ki, İlahi əhkamı məhv ediblər və Allahın haramını halal qəbul ediblər – atəşə atılarlar”.

İmam Həsən (ə) buyurur: “Hər kim Quran barəsində öz rəyi ilə danışar və təfsir edərsə, haqq olsa belə, günah etmiş olar”.

İmam Həsən ibni Əli (ə) Allaha həmd etdikdən sonra buyurmuşdur: “Mən o nəsildənəm ki, Allah onlarla səmimi dostluğu hər bir müsəlmana vacib buyurmuşdur”.

İmam (ə) buyurur: “Hər kim Quran oxuyar, bir yerinə yetən duası olar, ya gec və ya tez”.

İmam Həsən (ə) “Həşr” surəsinin son üç ayəsinin fəziləti barəsində buyurur: “Hər kim səhəri edər və “Həşr” surəsinin son üç ayəsini oxuyar və həmin gündə ölərsə - şəhidlərin möhürünü alar (onların dəftərində qeydə alınar). Gecəni etsə və onu oxusa və həmin gecə ölsə - həmçinin şəhidlərin möhrünü alar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930