Məhəmməd Peyğəmbərin (s) dilindən düşməyən dua
Müəllif: Admin
Tarix: 21-11-2018, 10:23
Məhəmməd Peyğəmbərin (s) dilindən düşməyən dua
Quran ayələrinə görə Məhəmməd peyğəmbəri (s) bizdən ayıran əsasən vəhyin nazil olmasıdır.

Onlar bir bəndə, insan və məxluq kimi Allaha mohtac olduqlarını öz münacatlarında açıq-aşkar şəkildə göstəriblər. Peyğəmbərlərin (s) möcüzə və imamların kəramətli əməllərə sahib olması onların möhtac olmaması anlamında deyil.

Həzrət Əli (ə) Küfə məscidində başından zərbə alarkən öz ölümünü görərək, bu həyatı dövründə dinində sabitqədəm qaldığına görə şükr edir və deyir "Allaha and olsun ki qalib oldum"

(Yəni şeytan məni bəndəçilikdən uzaqlaşdıra bilmədi). Peyğəmbər (s) və imamlar (ə) belə dua edər, Allah qarşısında olan vəzifələrinin yerinə yetirilməsində baş verə biləcək hər hansı bir nöqsandan qorxaraq, buna görə münacat edərdilər.

Peyğəmbərin (s) daima dilə gətirdiyi dua da bu məsələni ortaya qoyur.

Bəharul-Ənvar əsərində gəlibdir ki, peyğəmbər (s) həmişə bu duanı zümzümə edərdi.

"Ey qəlbləri dəyişə bilən Allah, Qəlbimi öz dinində sabit və möhkəm et!"



islaminsesi\
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930