Главная > Gürcüstan, İslam elimləri > ŞƏRABLI SÜFRƏDƏ ƏYLƏŞƏNDƏN SONRA BUNLARI BİLİRSİNİZMİ?

ŞƏRABLI SÜFRƏDƏ ƏYLƏŞƏNDƏN SONRA BUNLARI BİLİRSİNİZMİ?


30-10-2022, 10:54. Разместил: admin1
ŞƏRABLI SÜFRƏDƏ ƏYLƏŞƏNDƏN SONRA BUNLARI BİLİRSİNİZMİ?
EY NAMAZ ƏHLİ ŞƏRABLI SÜFRƏDƏ ƏYLƏŞƏNDƏN SONRA BUNLARI BİLİRSİNİZMİ?

Şərablı süfrədə oturmaq haramdır, günahdır.

Şərablı süfrədə məsələn toyda əyləşmək açıq-aşkar günah etməkdir aşkar günah edən isə fasiq adlanır. Şərab süfrəsində əyləşmənin fəsadları:

1) Fasiqin sözünə etimad edilməz araşdırılmalıdır. Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın... Hucurat, 6

2) Ədalətdən düşər. Məsələn: Ondan şəri hökm soruşulmaz, namazda iqtida edilməz. (Fiqhdə ədalətdən düşənin hökmlərinə baxa bilərsiniz).

3) Məntəqədə İslam mədəniyyətini pozarlar: İmanlı şəxslərin şərabla mübarizədə çəkdikləri əziyyətləri püç edərlər.

4) Möminlərə probləmlər çıxardarlar: beləki insanlar iman əhlinə deyərlər filankəslərdə dindardı niyə onlar şərablı yerdə əyləşirlər siz özünüzdən "hokka" çıxardırsız? Allah bilir ki, doğrusunu şərablı süfrədə əyləşməyənlər edir.

5) Adətən namazı tərk edənlər arasında şərablı süfrədə əyləşənlər çoxluq təşkil edir.

QEYD: Əgər tövbə etsələr yuxardakıların heç biri onlara aid olmur Allah bağışlayan və Mehribandır.


Kərbəlayi Elçin Daşdanzadə

Ahlibeyt.ge

Вернуться назад