Главная > Gürcüstan, Xəbərlər, Gundemm > Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı

Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı


12-11-2016, 17:42. Разместил: admin1
Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı
Ahlibeyt.ge xəbər verir ki, ötən gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, İmam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.
Hər zaman olduğu kimi İmam-cümə, əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.
Haci Rasim birinci xütbəsində, həvayi nəfslə mübarizə yollarından danışdı.

İmam cümə buyurdu ki, “həvayi nəfs insan nəfsinin süqut etməsi və tənəzzülü deməkdir.”

"Nəfs özü özlüyündə pis bir şey deyil. İnsan eləyə bilər nəfsini saflaşdırsın, təmizləsin. Nəfsin süqut edib enməsi, həvayi nəfs pisdir."

Xətib qeyd etdi, Quran-Kərimdə nəfslə əlaqədə olan ayələr 3 qismə bölünür. 1-ci bölüm ayələrdə Allah Təala öz nəfsi ilə, yəni həvai-nəfslə mübarizə aparan insanlardan və onların mükafatlarından danışır.
"Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi – həvəsdən saxlamışsa" “Şübhəsiz, onun yeri Cənnətdir.” (Naziat-40-41)

Yəni sən öz nəfsini saflaşdırıb suqut etməyə qoymuyacaqsan, – Allahda əvəzində səni cənnət ilə mükafatlandıracaq.

İmam cümə ikinci xütbəsində qeybətin pisliyindən danışaraq Hucurat surəsinin 12-ci ayəsini izah etdi.

"Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi (nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır."

Bu ayədə Mütəal Allah üç dənə çox mühüm hökümü bəyan edir və bu hökümlərin hamsı bir-birinə zəncirvari olaraq bağlıdırlar. Yəni biri öz arxası ilə digərini gətirir.
O hökümlər bunlardır:
1. Sui-zənn (bəd güman olmaq).
2. Təcəssüs etmək (birinin eybini axtarmaq).
3.Qeybət etmək.


Sonda imam cümə qeybət etməkdən tövbə etməyin savabından danışdı.
Məsum (ə) buyurur: “hər kəs qeybət etməkdən tövbə etsə Allah ona onmin rikət (müstəhəb) namazın savabını verər.”

Hacı Rasim sonda qeyd etdi ki, “görürsən biz çox vaxt insanları islah etmək əvəzinə onlari özmüzdən uzaqlaşdırırıq.
Allah günahkarların günahından keçir, biz isə onların özlərindən keçirik.

Вернуться назад