Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » DİN XADİMLƏRİ İLƏ İLİN SON ÜMUMİ RÜBLÜK TOPLANTISI KEÇİRİLDİ (Foto)

DİN XADİMLƏRİ İLƏ İLİN SON ÜMUMİ RÜBLÜK TOPLANTISI KEÇİRİLDİ (Foto)

DİN XADİMLƏRİ İLƏ İLİN SON ÜMUMİ RÜBLÜK TOPLANTISI KEÇİRİLDİ (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Tbilisidə bölgələri təmsil edən axundlar və din müəllimləri ilə toplantı keçirildi. İlin son qış rüblük toplantının mövzusu İdarənin ötən ildəki fəaliyyətini dəyərləndirmək, gələcək proqramlar haqda din xadimlərini tanış etmək və təkliflərini dinləmək idi.

Hacı Rahid Kərimovun Qurandan ayələr tilavət etməsi ilə başlayan toplantıda BGMİnin şeyxi Hacı Ramin İgidov Hz. Məhəmməd Peyğəmbərin (s) mövludu, İmam Cəfər Sadiqin (ə) doğum günü və vəhdət həftəsi münasibəti ilə din xadimlərinə təbrik və xoş arzularını çatdırıb. Sonra İdarənin ötən ildə gördüyü işlər və illik proqramda nəzərdə tutulan ancaq əməl olunmayan bir neçə proqramın səbəblərini açıqlayıb. Yeni ildə dinimizin inkişafı yönündə nəzərdə tutulan proqramlar haqda ruhaniləri məlumatlandırıb. Onlara il ərzində müqəddəs yolda çəkdikləri zəhmətdən dolayı təşəkkür edib Allahdan əcr və mükafat diləyib.

Sonda ötən ildəki kimi bu uldə 2016-cı il ərzində dini fəaliyyətlərində daha fəal və münəzzəm olan 10 ruhani gizli səsvermə yolu ilə seçilib. Qeyd edək ki, seçilən ruhanilərə Təqdirnamələr təqdim olunacaq. Eyni zamanda müəyyən hissəsi Kərbəla və bir hissəsi isə ailələri ilə birgə Məşhəd ziyarəti hədiyyə olunacaqdır.
Sonda ruhanilərə məntəqələri üçün təbliğat vasitələri - dini təqvimlər, poster və infoqrafiklər və dini kitablar verildi.

DİN XADİMLƏRİ İLƏ İLİN SON ÜMUMİ RÜBLÜK TOPLANTISI KEÇİRİLDİ (Foto)
DİN XADİMLƏRİ İLƏ İLİN SON ÜMUMİ RÜBLÜK TOPLANTISI KEÇİRİLDİ (Foto)
DİN XADİMLƏRİ İLƏ İLİN SON ÜMUMİ RÜBLÜK TOPLANTISI KEÇİRİLDİ (Foto)
DİN XADİMLƏRİ İLƏ İLİN SON ÜMUMİ RÜBLÜK TOPLANTISI KEÇİRİLDİ (Foto)
DİN XADİMLƏRİ İLƏ İLİN SON ÜMUMİ RÜBLÜK TOPLANTISI KEÇİRİLDİ (Foto)
DİN XADİMLƏRİ İLƏ İLİN SON ÜMUMİ RÜBLÜK TOPLANTISI KEÇİRİLDİ (Foto)

Müəllif: Admin | 17-12-2016, 21:14
Baxılıb: 225
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.