Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ ŞEİR MÜSABİQƏSİ ELAN EDİR

GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ ŞEİR MÜSABİQƏSİ ELAN EDİR

GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ ŞEİR MÜSABİQƏSİ ELAN EDİR
Ahlibeyt.ge xəbər verir ki, Azərbaycan və gürcü dillərində Əziz İslam Peyğəmbəri (s) haqda istənilən məzmunda, istənilən vəzndə yazılmış şeirlər (5 kupletdən az olmamaq şərti ilə) müsabiqəyə təqdim edilə bilər. Ancaq unutmamalıyıq ki, şeir müsabiqə iştirakçısının müsabiqə üçün yazdığı yeni (heç yerdə dərc olunmayan) şeiri olmalıdır.
Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə ümumilikdə 10 (5 azəri və 5 gürcü dilləri üçün) mükafat nəzərdə tutulub. Hər iki birinci yer üçün 2000, ikinci yer üçün 1000, üçüncü yer üçün 800, dördüncü və beşinci yerlər üçün isə 500 lari nəzərdə tutulub.
Hz. Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü münasibəti ilə keçirilən müsabiqə bu aydan başlayaraq 2017-ci ilin fevral ayının sonuna qədər davam edəcəkdir.
Müsabiqəyə təqdim edilən bütün şeirlər şairlər və ədiblərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildikdən sonra antologiya şəkilində dərc edilib keçirilməsi nəzərdə tutulan “Şeir axşamı” tədbirində müəlliflərə, din xadimlərinə və qələm əhlinə hədiyyə olunacaqdır.
Müəlliflər şeirlərini fevralın 28-nə qədər aşağıda göstərilmiş e-mail ünvana və ya İdarənin facebook səhifəsinə (müəllifin şəkli və haqqında qisa məlumat və əlaqə telefonu vacibdir) göndərməlidirlər.

E-mail: info.amag77@gmail.com Əlavə məlumat üçün telefon: +995 577623031
Təşkilatçılar: Gürcüstan Müsəlmanları İdarəsi
Türkiyə Diyanət İşləri Başkanlığının Gürcüstan nümayəndəliyi
Müəllif: Admin | 4-12-2016, 07:40
Baxılıb: 139
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.