Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Səfər ayının 5-i Həzrəti Rüqəyyə Xatunun (s) Şəhadət günüdür

Səfər ayının 5-i Həzrəti Rüqəyyə Xatunun (s) Şəhadət günüdür

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Miladi təqvim ilə 8 Dekabr, 2013 tarixə təsadüf edən, Hicri Qəməri Təqvimi ilə Səfər ayının beşi, İmam Hüseynin (əleyhis səlam) Rüqəyyə Xatun (səlamullahi əleyha) adlı az yaşlı qız uşağının məlun Yəzid ibn Muaviyyə tərəfindən Şəhid olan günüdür.
Biz ABNA olaraq bu müsibətli gün münasibəti ilə başda Zamanənin İmamı, Höccət ibnil Həsən Əskəri (Allahı Təalanın səlam və rəhməti ona və pak ailəsinə olsun) həzrərtləri olmaqla, onun Haqq Naibi İmam Xamenei və ümumdünya Müsəlmanlarına baş sağlığı veririk.

Həzrəti Rüqəyyənin (səlamullahi əleyha) qısa sürmüş həyatına qısa bir baxış
Həzrəti Rüqəyyənin (səlamullahi əleyha) Hicri təqvimi ilə 57- ci ildə İmam Hüseynin (əleyhi səlam) evində dünyaya göz açır. Xanım Rüqəyyənin (səlamullahi əleyha) Anasının adı “Ummu İshaq” (səlamullahi əleyha), künyəsi isə, “Bintu Təlhə” (səlamullahi əleyha) olub. Ummu İshaq İslam dünyasında çox nəcib və fəzilətli bir qadın kimi tanınır. Təsüflər olsun ki, hələ həzrəti Rüqəyyə (səlamullahi əleyha) dünyaya yenicə gəlmişdir ki, Anası fani dünya ilə vidalaşır. Beləliklə də Xanım Rüqəyyənin (səlamullahi əleyha) tərbiyyəsi həzrəti Zeynəb Xatunun (səlamullahi əleyha) öhdəsinə düşür.

Həzrəti Rüqəyyənin (səlamullahi əleyha) adının qoyulması
Rüqəyyə Xatunun (səlamullahi əleyha) adı Fatimədir. Ona görə də onu “Fatiməyi Suğra” (səlamullahi əleyha) yəni kiçik Fatimə deyərək adlandırıblar. Rüqəyyə adı isə onun ləqəbidir və Ruqəyyə sözü ərəb dilində “riqqə” kəlməsindən götürülüb və tərəqqi, yüksəlmək mənasını daşıyır.
Hicrətin 60-cı ilində Rüqəyyə Xatun (səlamullahi əleyha) Atası İmam Hüseyni (əleyhis səlam) müşayət edən Karvan ilə birlikdə Kərbəla çölünə daxil oldular. On gün sonra isə, Muhərrəm ayının qnunda (Aşura günü), Haqq ilə batil arasında gedən mübarizədə İmam Hüseyn (əleyhis səlam) Əhli Beyti (əleyhimus səlam) ilə sonuncu dəfə vidalaşdıqda deyilənlərə görə, 3 yaşlı Rüqəyyə Xatun (səlamullahi əleyha) xeymədə yatmışdır. Bu səbəbdən də Atası ilə sonuncu dəfə görüşə bilmir. Deyilənlərə görə Həzrəti Rüqəyyə (səlamullahi əleyha) Bibisi Zeynəb Xanımdan (səlamullahi əleyha) daim Atasını soruşurdu...
Aşura Facisə sona yetdikdə düşmən Yezidin adamları, Kərbəla Şəhidlərinin kəsilmiş başlarını nizələrə taxaraq, əsir götürülmüş Peyğəmbərin (səlləllau əleyhi və alih) ailəsinin gözü önündə ilk əvvəl İraqın Küfə şəhərinə daha sonra Şama (indiki Suriyaya), məlun Yezidin sarayına apardılar. Kafirlər məlun Yezidin əmri ilə əsirləri yol boyu ayaqyalın, Kəcavəsiz Dəvələr üzərində əlləri bağlı, boyunları zəncirli, şəhər bə şəhər, kənd bə kənd gəzdirirdilər. Nadan və kafir insanlar da Peyğəmbər (səlləllau əleyhi və alih) balalarını lağa qoyur və onlara istehza edərək gülürdülər.
İslam Peyğəmbərinin (səlləllau əleyhi və alih) balaları, böyük ir zillət ilə Şama (Dəməşq şəhərinə) çatdıqdan sonra onları Allahın düşməni Yezid ibn Müaviyyənin (Allah Peyğəmbərin bütün düşmənlərinə lənət etsin) sarayı yaxınlığındakı xarabalıqda yerləşdirdilər.
25 günlük əzab və əziyyətli yolun çətinlikləri, Şamın xarabalığının natəmizliyi, düşmənlərin Peyğəmbər (səlləllau əleyhi və alih) balaları ilə vəhşicəsinə rəftar etmələri, həzrəti Ruqəyyə Xatunu (səlamullahi əleyha) çox narahat edirdi. Üç yaşlı qız uşağı, bütün bu müsibətlərdən yaxa qurtarmaq üçün Atasını istəyirdi... Daim atacan atacan deyə səslənirdi... Məlun Yezid sonda əmr edir ki, aparın atasının kəsilmiş başını verin ona qoy sakit olsun. Həzrəti Rüqəyyə (səlamullahi əleyha) xanım İmam Hüseynin (əleyhi səlam) kəsilmiş mübarək başını qucağına alaraq atasına öz başına gələnlərdən şikayət etməyə başladı və sonda elə orda ca canını Uca Allaha tapşıraraq Atasının hüzuruna getdi. Həzrəti Rüqəyyə (səlamullahi əleyha) xanım elə şəhid olduğu xarabalıqda da torpağa tapşırıldı.
Rüqəyyə Xatunun (səlamullahi əleyha) Dəməşq şəhərində yerləşən hərəminin görüntüləri
Müəllif: Admin | 16-04-2014, 17:30
Baxılıb: 428
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.