Главная > Dünyada İslam > Ayətullah Xamenei İmam Zamanın zühuru haqda: "Mütləq gerçəkləşəcək!"

Ayətullah Xamenei İmam Zamanın zühuru haqda: "Mütləq gerçəkləşəcək!"


12-06-2014, 14:53. Разместил: admin1
Ayətullah Xamenei İmam Zamanın zühuru haqda: "Mütləq gerçəkləşəcək!"
İranın Ali Dini Lideri "Darolhədis" müəssisəsinin tədqiqatçı alimləri ilə görüşüb
İslamazeri.az-ın İRİB-ə istinadən verdiyi xəbərə görə, İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei "Darolhədis" müəssisəsinin tədqiqatçı alimləri ilə görüşü zamanı İmam Zamanın (ə.f) zühurundan danışıb.
Kitab sərgisinə baxış keçirdikdən sonra çıxış edən Ayətullah Xamenei deyib: "Məhdəviyyət və Həzrət İmam Məhdinin zühur etməsi Allahın bəşəriyyət üçün verdiyi qəti vədlərindən biridir. Tarix boyu bəşər ictimaiyyəti üçün verilən vədlərin reallaşması əslində insanları bir növ arxayın etmək istiqamətindədir və Allahın ən böyük vədi də mütləq gerçəkləşəcək. Xilqətin əvvəlindən bəşəriyyət karvanı çox çətin, tikanlı və dolaşıq yolları arxada qoymaqdadır ki, nəhayət açıq və hamar bir yola çatsın. Bu açıq yol əslində həmən Həzrət Məhdinin (ə.f) zühurudur."

Daha sonra o deyib: "Həzrətin zühurunu gözləmək güc bəxş edən və ümidverici bir intizardır. Bəşər ictimaiyyəti üçün və zühurun böyük qapılarından biri ağanın intizarında olmaq əhval-ruhiyyəsidir."
islamazeri.az
Вернуться назад