"Düşmən İranı elmi irəliləyişdən saxlamaq istəyir"
Müəllif: Admin
Tarix: 4-07-2014, 13:01
"Düşmən İranı elmi irəliləyişdən saxlamaq istəyir"
İranın Yüzlərlə universitet müəllimləri, İran İslam İnqilabının böyük Rəhbərinin qəbulunda olaraq, o həzrətlə elm, universitet, mədəniyyət, ictimai, iqtisadi və siyasi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Böyük Rəhbərin ofisinin xəbər portalının verdiyi məlumata əsasən, ötən gün (çərşənbə 2 iyul) günörtadan sonra baş tutan bu görüşdə, Həzrət Ayətullah Xamenei İranın və islam dünyasının gələcək taleyinin formalşmasında əsas amil olan “elmi hərəkatın hərtərəfli və sürətlə davamı” mövzusunun əhəmiyyətinin üzərində təkid edərək, buyurublar: Bu önəmli məqsədin reallşaması, ölkə və xalqın inkişafının vuğunu olan şəxslərin cihadi idarəçiliyi və fəaliyyətlərindən asılıdır.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin İranın elmi hərəkətinin dayanmadan və ləngimədən ikiqat sürətlə inkişafının vacib olduğu üzərində təkid edərək deyiblər: Ölkənin elmi hərəkəti gələcək üçün, İran cəmiyyəti və hətta İslam dünyası üçün əsas mövzu sayılır.
İnqilab rəhbəri buyurublar: Haızırda İranın elmi hərəkəti böyük nailiyyətlərlə nəticələnib və dünya səviyyəsində isə tanınmışdır və əslində demək olar ki, dünyada İran İslam Respublikasının elmi hərəkatınin təqdimatının şahidiyik .
Həzrət Ayətullah əl-Üzma Xamenei İranın elmi inkişafının dayanmasının, İslam quruluşu düşmənləri cəbhəsində olanların əsas planları adlandıraraq, "düşmən" ifadəsini təkra işlədilməsi barədə açıqlayıblar: Bəziləri düşmən ifadəsindən istifadəyə və onun təkrarlanmasına həssadırlar, bir haldaki Quran Kərimdə də dəfələrlə " şeytan və iblis " süzləri təkrarlanıb, bu da o deməkdir ki düşməndən və şeytandan qafil olmamq lazımdır.
İslam İnqilabının böyük Rəhbəri ölkənin elmi inkişafının sanksiyaları təsirsizləşdirmək kimi dəyərli faydalara malik olduğunu vurğulayaraq xatırladıblar: Düşmən sanksiyadan istifadə etməklə iranlıların milli abırını təzyiqlərə məruz etmək və xalqı təhqir etmək istəyir, elmi inkişaf və hərəkətin davam etməsi onların bu planını da təsirsiz edəcəkdir.
Həzrət Ayətullah əl-Üzma Xamenei İran universitetlərində insanı elmlər üzrə fundamental dəyişiklikləri həqiqi ehtiyac adlandıraraq, buyurublar: Humanitar elmlər sahəsində dəyişikliyin mənası, qərbin elmi təcrübələrinə və tədqiqatlarına ehtiyacsız olmaq deyil.
Böyük İnqilab Rəhbəri Humanitar elmlər sahəsində dəyişikliklərin baş verməsinin vacibliyinin səbəbi haqda buyurublar: Qərbdə humanitar elmlərin strukturu maddi və qeyri-ilahidir bir halda ki, humanitar elmlər onda insan və ictimaiyyət üçün faydalı ola bilər ki, İlahi və islami dünyagörüşünə əsaslansın.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031