Ayətullah Nuri Həmədaninin İŞİD-lə bağlı çıxışı təhrif olunub
Müəllif: Admin
Tarix: 29-06-2014, 10:32
Ayətullah Nuri Həmədaninin İŞİD-lə bağlı çıxışı təhrif olunub
axar.az sayti Aran Radiosuna istinad edərək Ayətullah Nuri Həmədaninin İŞİD terror qrupu ilə bağlı açıqlamaları haqqında yayılan xəbəri yanlış dəyərləndirib.
Xəbərdə İŞİD terror qrupunun cinayətkar əməllərinin pislənildiyi tamamilə öz əksini tapir və İŞİD terror qrupunun musəlmanların düşməni olduğu qeyd edilir. Ayətullah Həmədaninin sözlərındə də bu məsələ aydincasına açıqlanır.

Xəbərdə İŞİD terror qurupunun musəlmanlar əleyhinə olan hər hansi bir hücumu bütün İslam dünyasına edilən hücüm kimi qiymətləndirlir və musəlmanların bütün güclərilə islami mudafiə etmələrinin zəruriliyi vurğulanır.

İnternet saytların istinad etdiyi, aran.irib.ir-in xəbəri belə olub:
Ayətullah Nuri Həmədani: İŞİD-lə qarşılaşmaq vacibdir
Təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri Həmədani İŞİD-lə mübarizənin vacib olduğunu bildirərək, İraqın qeyrətli xalqının təqlid mərcələri və dini alimlərə itaət etdiyinə görə öz təşəkkürünü bildirib.
İRNA-nın verdiyi məlumata görə, Ayətullah Hüseyn Nuri Həmədani İraq xalqına etdiyi müraciətdə bildirib: müsəlmanlara qarşı olan, “İŞİD” və hər hansı bir qrupun hücümü, İslama hücumdur və müsəlmanlara vacibdir ki, bütün gücü və imkanları ilə İslamı müdafiə etsin.
Ayətullah Hüseyn Nuri Həmədani öz müraciətində İraqın qeyrətli xalqının hörmətli təqlid mərcələri və dini alimlərə itaət etməsini təqdirə layiq hesab edərək bildirib: Əmin olun ki, müsəlmanların zalım güclərə və onların əl altılarına və sionizm dünyasına qələbəsi qətidir.
İraq və Şam İslam Dövləti (İŞİD) adlandırılan terrorçu qruplaşmanın ünsürləri Suriyada bəzi ərazilərdən əlavə, son həftələr ərzində İraqın keçmiş Bəəs rejiminin qalıqları ilə əlbir olaraq İraqın da bəzi ərazilərini işğal ediblər.
Bu geniş təcavüzlərdən sonra Ayətullah Sistani və İraqın digər şiə və sünni alimləri ölkəni müdafiənin və məzhəblərarası təfriqədən uzaq qalmağın vacibliyini vurğulayıb və İraq xalqından təkfirilərlə qarşılaşmaq üçün meydana gəlməsini istəyiblər.
Ayətullah Məkarim Şirazi də İraqın ərazi bütövlüyü və müqəddəs məkanların müdafiəsini Allahın yolunda cihad olaraq vacib elan etmişdi.
islamazeri.az
Oxşar xəbərlər