Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » İran yunan-roma güləşi üzrə dünya birincisi oldu

İran yunan-roma güləşi üzrə dünya birincisi oldu

İran yunan-roma güləşi üzrə dünya birincisi oldu
İran İslam Respublikasının yunan-roma güləşi üzrə milli yığması Rusiyanın milli yığmasına qalib gələrək Tehranda keçirilən yunan-roma güləşi üzrə dünya çempionatının birincisi oldu.
İranın milli yığmasının tam qüdrətlə birinci olmasının ardınca İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameni bir müraciətdə İranın yunan-roma güləşi üzrə milli yığmasının qəhrəmanlarına təşəkkürlərini bildiriblər.
Dünən cümə günü axşam Tehranda keçirilən 2014-cü il yunan-roma güləşi üzrə 32-ci dövrü yarışlarının finalında İran yığması tam qüdrətlə Rusiya komandasını 6-2 hesabi ilə məğlub edərək, dünya birincisi oldu.
Bu dördüncü dəfədir ki, İran yunan-roma güləşi üzrə dünya çempionatında birinci olur.
Azərbaycan Respublikasının yığması da bu rəqabətlərdə Macarıstan komandasını məğlub edərək, üçüncü oldu.
Müəllif: Admin | 17-05-2014, 01:02
Baxılıb: 414
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.