Maddi ehtiyaclara qələbə çalmağın yolları
Müəllif: admin1
Tarix: 28-08-2017, 10:06
Bölmə: ---
Maddi ehtiyaclara qələbə çalmağın yolları

Müsəlman insanın İslam dinindən gözləntilərindən biri də budur ki, dinimiz bizə maddi çətinliklərə qələbə çalmağın yolunu öyrətsin və bizim bu çətin dünyada daha xoşbəxt yaşamağımıza görə göstərişlər versin.
Quran bəşərin bu istəyinə müsbət cavab verərək yollar göstərmişdir:
1. Təqva.
Maddi çətinliklərə qələbə çalmağın yollarından biri - təqvadır. "Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. ("Təlaq” 2-3).
Həzrət Peyğəmbər (s) buyurur: "Mən elə bir ayə tanıyıram ki, əgər bütün insanlar onun ətəyindən yapışsalar çətinliklərini həll etmək üçün kifayət edər”. Və yuxarıdakı ayələri təlavət edir”.
Şəhid Mütəhhərinin nəzərinə görə, təqva - elə bir ruhi və əxlaqi mələkədir ki, nə zaman insanda meydana gəlsə, qüdrət əldə edər ki, günahdan çəkinsin, baxmayaraq ki, günah ona təklif olunsa belə. Təvqa mənəviyyat verər və insan ruhuna təsir qoyar. Onu büdrəmələrdən saxlayar. O kəsin ki, İlahi təqvası olar, Allah onun üçün çətinlikdən çıxmaq yollarını qərar verər, yəni onun üçün yolları açar.
2. Səbir.
Dünyanın xasiyyəti belədir ki, nemət bəla ilə bir yerdə gələr. Quranın buyurduğuna görə, bəşər gərək maddi ehtiyac, yoxsul olan zaman və çətinliklərdə səbir etsin ki, neməti artsın. "Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir»”. ("İbrahim” 7).
"(Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!”. ("Şərh” 5-6).
Bəli, yoxsulluğa qalib gəlməyin yollarından biri də səbirdir. Səbir nəfsi tərbiyə edər, şəxsiyyətini gücləndirər, çətinliklər qarşısındakı gücünü artırar. "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. ("Bəqərə” 155).
3. Şükür.
Ayələrin bir çoxunda oxuyuruq ki, əgər Allahın verdiyi nemətlərə görə şükür etsək, Allahın nemətlərinin sayı artar. "Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükür edin (çünki şükürsüz ibadət kamil deyildir)”. ("Bəqərə” 172).
"Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir”. ("Nəml” 40).
4. Namaz.
İslam təlimlərində namaz ruhun qidası kimi tanıdılmışdır. Namaz xəlqlə Xaliqi bir-birinə qovuşdurar. Qüdrətli, Aqil və Həkim Allahla rabitə qurmaq zəif və zəlil insana güc verər və onu mətanətli edər. Ona görə də Allah namazı çətinliklərə qələbə çalmaq üçün möminin vasitəsi qərar vermişdir. "Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. ("Bəqərə” 153). Yoxsulluq elə bir bəladır ki, insana həmişə əziyyət verər. Lakin o zaman ki, insanın ürəyi və dili Allaha zikrlə məşğul olar, ruhu rahat və hüzurlu olar və Allah sevgisi onu daha mətanətli edər.
5. Dua.
Dua etmək də yoxsulluğa qalib gəlməyin yollarından biridir. İnsan dua edərək Allahdan yardım istəyər və ümid bəsləyər. O kəs ki, bu cür Qadir Allaha söykənər və Ondan yardım istəyər, möhkəm dağ kimi olar. "İnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) – böyrü üstə yatanda, oturanda, ayaq üstə – (dua edərək) Bizi çağırar”. ("Yunus” 12).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930