Ayətullah Xamenei həzrət Fatimeyi-Zəhra (s.ə) haqqında
Mьəllif: admin1
Tarix: 28-03-2016, 18:10
Ayətullah Xamenei həzrət Fatimeyi-Zəhra (s.ə) haqqında
Əvvəla, xanımları Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu, həmçinin ölkədə qeyd olunan Qadınlar və Analar Günü münasibətilə təbrik edirəm.

Əvvəlcə onu deyim ki, Həzrət Fatimə (s.ə) bəşəriyyətin çox az sayda nümayəndəsində rast gəlinmiş ən yüksək mənəvi məqamlara malik olmuşdur. Həzrət Fatimeyi-Zəhranı (s.ə) əzəmətli və ülvi bir nümunəvi qadın simvoludur.

O, məsumdur; məsumluq isə bəşəriyyət içərisində Allahın seçilmiş bəndələri olan şəxslər arasında çox az sayda insana verilmiş bir xüsusiyyətdir. Bu böyük şəxsiyyət – Fatimeyi-Zəhra – da həmin insanlar sırasındadır.

Üstəlik bir reallığı da nəzərə almaq lazımdır ki, Allah yolunda çalışıb-vuruşmuş bu müsəlman qadının təxminən 20 yaşı olub; rəvayətlərdə 17-25 yaş arasında fərqli fikirlər var. Təsəvvür edin: gənc bir qadın peyğəmbərlər və övliyalarla bir sırada dura biləcək qədər ali bir mənəviyyata sahibdir, Allahın göndərdiyi elçi tərəfindən “Seyyideyi-nisaul-aləmin” – “bütün aləmlərin qadınlarının xanımı” adına layiq görülür.


Mənəvi məqamından əlavə, bu qadının şəxsi həyatında da yüksək təqdirə layiq keyfiyyətlərin, diqqətəlayiq davranışların özünü büruzə verməsi ayrıca bir ibrət dərsidir. Onun təqvası, ismət və paklığı, hər cür əzab-əziyyətə qarşı dözümlülüyü, gözəl həyat yoldaşı və ana olması, siyasi prosesləri dərk etməsi, bir insanın həyatındakı ən mühüm sferalarda fəal iştirak etməsi (istər uşaqlıq və yeniyetməlik dövründə, istərsə də ailə qurduqdan sonra) nəinki təkcə siz xanımlar, bəlkə, bütün bəşəriyyət üçün ibrət dərsidir.

O böyük xanım müxtəlif ictimai və siyasi meydanlarda fədakar bir əsgər kimi fəal və effektiv mübarizə aparırdı. Övladlarına mehriban bir ana olan Həzrət Zəhra (s.ə) ailədə, övladların tərbiyəsində müdrik və mücahid bir arif kimi öhdəsinə düşən bütün vəzifələrə əməl edirdi.

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei /

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930