Papa miqrantların vəziyyətini tənqid etdi
Mьəllif: admin1
Tarix: 16-03-2016, 21:08
Bцlmə: Xəbərlər
Papa miqrantların vəziyyətini tənqid etdi
Papa Fransisk miqrantların acınacaqlı vəziyyətini tənqid edib.

Fransanın Le Fiqaro qəzetinin internet portalının məlumatına görə, Dünya Katoliklərinin rəhbəri Papa Fransisk öz sərhədlərini miqrantların üzünə bağlayan ölkələri tənqid edib və bu ölkələri bir daha sərhədləri yenidən açmağa təşviq edib. Halbuki Balkan yolu bağlıdır.

Papa Fransisk Vatikanın Saint-Pierre meydanında həftəlik çıxışında sürgündə olan, qorxu və dəhşət içində yaşayan və yaxud yaxınlarını itirdiklərinə görə əzab-əziyyət içində olan miqrantların taleyindən nigaranlıq edib.

Papa Fransisk təxminən 12 min miqrantın Yunanıstan və Makedoniya sərhədində düşərgədə naümidedici şəraitdə olmasından təəssüflənib.

Dünya Katoliklərinin rəhbəri 28 fevralda Yunanıstanın miqrantlara səxavətli yardımlarını alqışlayaraq ümidvarlıq edib ki, Avropa ölkələri miqrantların qəbul edilməsində məsuliyyəti ədalətli şəkildə bölüşəcəklər.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031