Gündə bir ovuc ləpə görün nəyə qadirdir!
Mьəllif: admin1
Tarix: 10-11-2019, 10:46
Gündə bir ovuc ləpə görün nəyə qadirdir!
Həkimlərin fikirinə görə, hər gün 1 ovuc ləpə yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər.


Qoz-fındığın orqanizmə olan müsbət təsirləri arasında:


- Ləpə insanı uzun müddət ərzində tox saxlayır və nəticədə daha az yeyir və arıqlayır.

- Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir ki, bu maddələr ürəyin və beyinin sağlamlığında çox böyük rol oynayır.

- Arterial təzyiqin tənzimlənməsinə kömək edir.

- Orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir və bununla damarlarımızı aterosklerozdan qoruyur. Ateroskleroz insult və infarkt kimi ağır pozulmaların əsas risk faktoru sayılır.

- Qidalı liflərlə zəngin olduğuna görə bağırsaqları təmizləyir.

- Mineralla zəngin olduğuna görə sümükləri və dişləri möhkəmləndirir.

- Qanda "xoşbəxtlik hormonu" adlandırılan serotoninin səviyyəsini qaldırır ki, bu da bizə streslə və depressiya ilə mübarizə etməyə kömək edir.

- Beyinin bütün funksiyalarını (yaddaş, diqqət, təfəkkür) yaxşılaşdırır.

- Yuxunu normallaşdırır.

- İmmun sistemini möhkəmləndirir.

- Antioksidant maddələrlə zəngin olduğuna görə hüceyrə səviyəsində qocalma prosesləri ləngidir, insanı daha gümrah edir.
/saglamolun.az/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930