Ayətullah Xamenei Şəhid Nəvvab Səfəvi haqqında
Mьəllif: admin1
Tarix: 18-01-2016, 10:30
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei Şəhid Nəvvab Səfəvi haqqında
27 dey (17 yanvar, 1956) Şəhid Nəvvab Səfəvinin şəhadət ildönümüdür. Cənab Rəhbər Ayətullah Xamenei şəmsi 1363-cü ildə (hazırda 1394) Şəhid Nəvvab Səfəvi haqqında buyurub (KHAMENEI.IR):
Şəhid Nəvvab Səfəvinin İranda sekulyarizmi yayan Əhməd Kəsrəviyə qarşı addımları siyasi, hərbi, ideoloji addımlar idi. Nəvvabın hücumuna məruz qalan Kəsrəvinin siyasi olmadığını heç kim iddia edə bilməz. Demək, Kəsrəviyə qarşı fəaliyyət təkcə anti-dini fəaliyyətə yox, siyasi mövqeyə qarşı idi. O dövrdə ziyalılar da dinə qarşı dözümsüz olub. Avropanın 19-cu əsr anti-din təfəkkürü yaşanırdı İranda. Heç bir əsas olmadan dinə hücum, dini məsxərəyə qoymaq adət şəkli almışdı. Nəvvab Kəsrəviyə hücumla dini mahiyyət daşıyan addım atdı. O zaman dini mahiyyətinə görə bu addım qəbul edilmirdi. Pəhləvi rejimi Nəvvaba qarşa görünməmiş təbliğat aparırdı...
Müsəddiqin hakimiyyətə gəlməsində Nəvvab hərəkatının rolu işıqlandırılmır. Nəvvab, onun fəaliyyətləri olmasaydı anti-istibdad Müsəddiq hökuməti iş başına gələ bilməzdi. Bunu Ayətullah Kaşani də təsdiqləyir. Doktor Müsəddiq ilk növbədə İslam Fədailərinə, yəni Nəvvaba arxalanırdı. Ayətullah Kaşani də İslam Fədailərini himayə edirdi. Baş nazir Rəzmaranı qətlə yetirən Xəlil Təhmasibinin cənazəsi üzərində dayanır, əlini onun alnına qoyub sevgisini göstərir... Nəvvab Misirə gedib-gəlir, İxvanla əlaqə saxlayır, onların inqilabi düşüncəsindən təsirlənirdi. O çox güclü insan olub. Bir dəfə İordaniyada olanda Məlik Hüseynin qulağından tutub, deyib ki, əmioğlu (ikisi də seyid idi) ingilislər çox təhlükəlidir, biləsən!

Vilayet.info

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930