Putin: "Biz şeyx Nimrin edam edilməsindən narahatıq"
Mьəllif: admin1
Tarix: 12-01-2016, 14:49
Bцlmə: Xəbərlər
Putin: "Biz şeyx Nimrin edam edilməsindən narahatıq"
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, rəsmi Moskva Səudiyyə hökumətinin nüfuzlu İslam Alimi Ayətullah Şeyx Nimri edam etməsinə görə təəssüf edir.

Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, Putin qeyd edib ki, Rusiya İran və Səudiyyə arasında yaranan gәrginliyin tezliklə sona çatması üçün əlindən gələni etməyə hazırdır.

"Biz şeyx Nimrin edam edilməsindən narahatıq. Әsas mәsәlә odur ki, bu alim Səudiyyə hökumətinə qarşı əlində silahla mübarizə aparmayıb. Eyni zamanda, səfirliyə həmlə yolverilməzdir. Lakin mənim bildiyimə görə, İran hökuməti bu həmləni təşkil edənləri həbs edib. Biz yaranan bu münaqişənin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq", - deyə Putin bildirib.





Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930