Gürcüstanda inanclıları və din xadimlərini təhqir edənlər cərimələnə bilər
Mьəllif: admin1
Tarix: 8-12-2015, 16:12
Gürcüstanda inanclıları və din xadimlərini təhqir edənlər cərimələnə bilər
İslamazeri.az-ın "ria.ru"-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan parlamenitinin deputatı Soso Djaçviliani dini müqəddəsləri, abidələri və ruhaniləri təhqir edənlərin cərimələnməsinə dair parlamentə qanun lahiyəsi təqdim edib. İrəli sürülən qanun lahiyəsi təşəbüsü İnzibati xətalar məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Təklif olunan qanun lahiyəsində aşkar şəkildə dini məbədlərə qarşı nifrətin ifadə edilməsi, dini təşkilatlar, ruhanilər, inanclıların təhqiri və alçaldılmasını ifadə edənlərin cərimələnməsi təkilf edilir. Cərimələr 300-600 lari (və yaxud 125-250 ABŞ dolları) miqdarında nəzərdə tutulur. Qanun pozuntusu təkrarlanacağı təqdirdə isə cərimələr 600-1000 lari (250-450 ABŞ dolları) civarında olması təkilf edilir. Gürcüstan parlamentinin çoxluğunun deputatı Zurab Tkemaladze jurnalistlərə mühasibəsi zamanı, "qanun pozuntularına yol verənlər mütləq şəkildə cəzalandırılmalıdır. Xüsusi ilə də dinə qarşı olan qanun pozuntuları", - deyə bildirib.
Oxşar xəbərlər
8 dekabr 2015 17:06
Qonaq
Ruhaniləri təhqir edənə 300 azdır, 300 000 lari cərimələmək lazımdır. :)

Sitat: RuhUllah
Ruhaniləri təhqir edəni 300 azdır, 300 000 lari cərimələmək lazımdır. :)
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930