Hicaba olan təhqiri xeyir işə çevirən müsəlman qadın
Mьəllif: admin1
Tarix: 13-11-2015, 19:33
Bцlmə: Xəbərlər
Hicaba olan təhqiri xeyir işə çevirən müsəlman qadın
İslamazeri.az “Haber7” istinadən xəbər verir ki, sosial şəbəkələrdə məsxərəyə məruz qalan Susan Karland bundan qətiyyən təsirlənməmiş, əksinə bunu xeyirli bir işə çevirməyi bacarmışdır. Melburnda Monaş universitetində dərs deyən sosioloq Susan Karland daha əvvəl Baptist bir xristian olub və On yeddi yaşından araşdırmalara başlamış, on doqquz yaşında isə İslamı qəbul etmişdir. Ölkənin ən güclü vəkillərindən biri və eyni zamanda “talk şou” aparıcılarından olan Valid Əli ilə ailə həyatı qurub. Bəs onu məsxərə və təhqirin hədəfinə çevirən hansı səbəblərdi? Zəngin və məşhur olmasımı? Həyat yoldaşının şöhrətimi? Əslində isə heç biri. Onun müsəlman olması! Son vaxtlar Avstraliyada artmaqda olan islamofobiya dalğası Susan Karlanddan da yan keçməyib. Ona istiqamətlənən təhqirlər əsasən “Sarıqlıları müdafiə edən”, “Cahil”, “Terrorçu sevər” kimi sözlər olub. Bütün bunlar onu qətiyyən məğlub etməyib. O, özünə qarşı yazılan hər bir nifrətdolu “twit” üçün UNİCEF-ə bir Avstraliya dolları bağışlayacağını öz rəsmi “Twitter” hesabında açıqlayıb. Bu barədə köşə yazarlığı etdiyi “The Age”qəzetində məqalə yazan Susan Karland belə açıqlama verib: “Quran deyir ki, pislik ilə yaxşılıq eyni deyildir. Pisliyi daha böyük bir yaxşılıqla qovmaq lazımdır. Gələn mesajları silmək, gizlətmək ya da yoxmuş kimi hesab etmək istədim. Lakin bu hərəkətlərin heç biri mənə “Quran”da əmr edildiyi “qaranlığı işıqla qovurmuşam” kimi hiss etdirmədi. Mənə atılan hər bir söz gülləsi üçün dünyada bir yaxşılıq yaratmaq lazım gəldiyini hiss edirəm. Buna görə də bu addımı atdım.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031