Şəhid şeyx Əli Tamamzadə kimdir? (Hər müsəlmana nümunə olacaq şəxs)
Mьəllif: admin1
Tarix: 9-11-2015, 19:59
Bцlmə: Xəbərlər
Şəhid şeyx Əli Tamamzadə kimdir? (Hər müsəlmana nümunə olacaq şəxs)
Bu şəhidin adı Höccətul-İslam vəl-muslimin Şeyx Əli Tamamzadədir.
Suriya müharibəsi başlanan gündən orada terrorçulara qarşı mübarizəyə qatılmaq istəyir. Amma bu döyüşlərə qatılmağina icazə vermirlər. Çünki, İran yalnız hərbiçi kadr göndərir. Nəticədə əfqanıstanlılara bənzərliyi olduğu üçün, bu adla, Fatimiyyun briqadasına qoşulur. Şeyx Tamamzadə həm bir Ruhani kimi həm də cəsur doyüşçü kimi çoxlu zəhmətləri olur. Şeyx Tamamzadənin İranlı olduğu bilinəndən sonra da, bu zəhmətlərinə görə ona Süriyada terrorçulara qarşı fəaliyyətini davam etdirməsinə icazə verilir.
Son dəfə İmam Xomeyni (r) hava limanından Dəməşqə uçan Şeyx Tamamzadə, öz dostlarına bu onun son səfəri olduğunu və şəhid olacağını qeyd edib. Sonda məhərrəm ayında öz arzusuna çatıb və şəhid olub.
Anası deyir: “Mənə baş saqlığı verməyin mənə təbrik deyin. 5 övladım qalıb 4-dü də Həzrət Zeynəbə və Rəhbərə fəda olsun.
Oğlum Əli uşağlıqdan şəhidlik arzusunda idi. Onu orta məktəb illərində dəftərində yazdığı bir söz var idi: “Xoş o kəslərin halina ki, müharibəyə gedib şəhid oldular. Kaş mənim də yaşım çox olardı, müharibəyə gedib, şəhid olardım””
Qeyd edək ki, Bu din alimi 2 gün öncə Suriyada İŞİD və Əl-qaidə terrorçularına qarşı gedən döyüşlərdə şəhid olub.

Nur-az.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031