Azanı "Əssalətu xeyrun min Facebook" şəklində oxuyan imam vəzifəsindən çıxarıldı
Mьəllif: admin1
Tarix: 31-08-2015, 09:56
Bцlmə: Xəbərlər
Azanı "Əssalətu xeyrun min Facebook" şəklində oxuyan imam vəzifəsindən çıxarıldı

İslamazeri.az "Sol"-a istinadən xəbər verir ki, Misirdə azanı "Namaz 'Facebook'dan yaxşıdır" şəklində oxuyan imam vəzifəsindən azad edilib. Misirin şimalındakı Buxayra şəhərində sübh azanını dəyişdirərək oxuyan imam müftülük tərəfindən vəzifəsindən çıxarılıb. İmamın azanda"Əssalətu xeyrun min nəvm" cümləsini "Əssalətu xeyrun min Facebook" kimi oxuması xalqın reaksiyasına səbəb olub. Misirin Aralıq dənizinə yaxın rayonlarından olan Buxayranın Seyid Qazi bölgəsindəki Kəfr əd-Divar məhəlləsinin imamının azanda "Əssalətu xeyrun min nəvm" (Namaz yuxudan xeyirlidir) qismini, Əssalətu xeyrun min Facebook" (Namaz 'Facebook'dan xeyirlidir) kimi oxuması onu işindən edib. Misir müftiliyi vəzifəsindən azad edilən imam haqqında istintaqa başladıqlarını açıqlayıb. Yay aylarında ərəb ölkələrində istilik dərəcəsinin orta hesabla 45-50 dərəcə olması insanları gündüz yatmağa sövq edir. Axşam havanın sərinlənməsini fürsət bilən bölgə insanları səhərə qədər kafe və ya internetdə vaxt keçirirlər. İmamın da bunu nəzərdə tutaraq internetdə vaxt keçirib, məscidə gəlməyənləri qorxutmaq üçün belə bir təşəbbüs göstərdiyi qeyd olunub.
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031