Terror necə və nə üçün yarandı, yaradıldı? (Araşdırma)
Mьəllif: admin1
Tarix: 25-08-2015, 19:20
Bцlmə: Xəbərlər
Terror necə və nə üçün yarandı, yaradıldı? (Araşdırma)

Tarixi vərəqləyəndə bəzi nüanslar aşkar olur. Əslində bu təkcə Əfqanıstanın tarixi deyil. Həmçinin, bütün Şərqi əhatə edən tarixdir. Bütün Şərqə təsiri olan tarixdir. Əfqanıstan Avrasiyanı Hind okeanına qovuşdurur. Çin, fars, hind, urdu, rus və türk mədəniyyətlərinin sərhədləri olduğu kimi, Əfqanıstan həm də ən əhəmiyyətli ticarət meydanıdır. Buna görə də, Əfqanıstan həmişə düşmənlərin hədəfində olub. Bəlkə də bu qədər cazibədar olmasaydı, əfqanlar daha xoşbəxt ola bilərdilər. Qayıdaq renessans dövründən sonrakı Əfqanıstan tarixinə: 1838-1842-ci illərdəki ilk İngilis-Əfqan müharibəsinə. İngilislərin bütün Əfqanıstana nəzarət etmək istəyindən yaranan müharibə 16 minlik İngiltərə ordusunun tamamilə məhv olmasına, London hakimiyyətinin geri addım atmasına səbəb oldu. İngiltərə ilə Əfqanıstan arasında ikinci müharibə 1878-ci ildə başladı və iki il davam etdi. London bu dəfə Əfqanıstanda artan Rus təsiri səbəbilə 40 min nəfərlik bir ordunu Şirəli Xan hökumətini devirmək üçün göndərdi. İngilislər qanlı müharibəni qazanmağı bacarsa da, Əfqanıstandan daha çox itki verdiyi üçün yenə də bu ölkəyə nəzarəti ələ keçirə bilmədi. 1919-cu ildə İngilislərin üçüncü hücumu Əfqanıstanın tamamilə azad olması ilə nəticələndi. Belə ki, Ravalpindi müqaviləsi ilə Əfqanıstan Rusiyanın yeni Bolşevik iqtidarı ilə dostluq siyasəti yürütməyə başladı. Bundan sonrakı 60 il Əfqanıstanda daha sakit və sülh içində keçdi. 27 dekabr 1979-cu ildə Kabil bir daha sarsıldı. Əfqanıstandakı komunistlərin yardım çağırışına SSRİ müsbət cavab verdi. Sovet tankları Əfqanıstana daxil oldu. Çox çətin və sonradan SSRİ-nin dağılması ilə nəticələnən müharibə başladı. 1979-cu ildən 1989-cu ilə qədər bir çox özlərini mücahid adlandıran qruplar əsasən İngiltərə və ABŞ-dan aldıqları dəstəklə çox sərt bir partizan müharibəsinə başladılar. Dağları əllərində saxlayan mücahidlər şəhərlərə və düzənliklərə nəzarət edən Qızıl Ordunu çox ağır itkilərə məruz qoydu. 80-ci illərə Əfqan kabusu ilə qədəm qoyan SSRİ, 90-cı illəri görmədi. Son Qızıl Ordu birliyi 1989-cu ilin fevral ayında Əfqanıstanı tərk etdi. Keçən müddət ərzində Əfqan torpaqlarında ən az 20 min əsgər itirən sovet ordusu, ölkələrinə qayıtdıqda qəhrəman kimi qarşılansa da, arxasında məhv olmuş bir tarixi iz buraxmışdı. Əfqanıstanda Qızıl Orduya qarşı başlayan müharibə sovet ittifaqı ordusu geri çəkildikdən sonra da davam etdi. ABŞ və İngiltərənin himayə etdiyi mücahidlər iqtidardakı komunist Məhəmməd Nəcibullaha qarşı müharibəni davam etdirdi. 16 aprel 1992-ci ildə Nəcibullah devrildi. Nəcibullah hakimiyyətinin sona çatmasından sonra yaraqlı qruplar da bir-biriləri ilə müharibə etməyə başladı. Müharibə zamanı Qərbin yaratdığı döyüşçü qruplar bir-birləriylə döyüşməyə başladı. Dağları, şəhərləri, məntəqələri və bununla da kifayətlənməyib məhəllələri böldülər. Təbii ki, bu bölünmələr Əfqanıstanın viran edilməsi ilə və əfqanların kütləvi qırılması ilə nəticələndi. 200 il öncə İngiltərə ordu ilə edə bilmədiyini bu dəfə himayə etdikləri yaraqlılarla etdi. Yaraqlılar etnik mənsubiyyətinə uyğun olaraq yaradılmış qruplara daxil olurdular. Əfqanıstan konfederativ bir hala gəldi. Hər etnik qrup öz təşkilatını yaradır və ordusu ilə öz bölgəsinə nəzarət etməyə başlayır. Lakin bu da Əfqanıstanın başına gələn ən pis hal deyildi. Ən pisi 1994-cü ilin oktyabr ayında baş verdi. Pakistan kəşfiyyatının hazırladığı əməliyyatla meydana Taliban terror təşkilatı çıxır. Sonradan məlum olur ki, Pakistan kəşfiyyatı adı altında keçirilən hərbi əməliyyat əslində İngiltərə kəşfiyyatı tərəfindən icra edilibmiş. Radikal "islamçı" kimliyi ilə tanınan Taliban, bir tərəfdən dini mühit və digər tərəfdən də Puştun əsilli olması ilə ilk olaraq Qəndəharı ələ keçirir. Talibanı təşkil edən döyüşçülər isə keçmiş müharibələr zamanı evlərindən didərgin düşmüş qaçqınlar, Pakistan sərhədində yerləşən qaçqın düşərgəsindəki körpələr idi. Tamamilə dünyəvi məlumatlardan məhrum edilmiş, dünya sivilizasiyasından bixəbər, ABŞ və İngiltərə kəşfiyyatı tərəfindən din dərsi alan körpələr rəhmsiz, qəddar, cəllad psixologiyasında böyüdülür. Müharibə illəri ərzində gəncləşən və əksəriyyətini puştuların təşkil etdiyi əfqanlar Taliban adlı terror qruplarının sıralarını təşkil edir. Taliban qısa zamanda Əfqanıstana nəzarəti ələ keçirir. Taliban 27 sentyabr 1996-cı ildə Kabili ələ keçirir və sabiq prezident Nəcibullahı öldürür. Tacik liderlər Rabbani və Əhməd Şah Məsud, Özbək General Raşit Dostum və Şiə Kərim Xəlili Talibana qarşı ittifaq yaradırlar. Yaranmış ittifaq bir neçə il sonra “Şimal İttifaqı” adı ilə adlandırılır. Bütün dünyanın əhəmiyyət vermədiyi və sülhün bərqərar olması üçün heç kimin cəhd etmədiyi Əfqanıstanda 1998-ci ildə çox sayda şiə xəzərilər Taliban terrorçularının hədəfinə tuş gəlir. Taliban Məzari-Şərifi ələ keçirir və 1 milyona yaxın şiə didərgin düşür, minlərlə şiə isə öldürülür. Öldürülənlər arasında İranın 8 diplomatı da olub. İngiltərənin M6 xarici kəşfiyyat orqanı hiylə və nifaq toxumları səpərək “Şərq İttifaqı”nın gücünü zəiflədir. ABŞ-İngiltərə birləşməsi artıq dünyanı uzun illərdir ki, boya-başa çatdırdığı Usamə bin Ladinlə tanış etmək istəyirdi. Öz göstərişi ilə 20 avqust 1998-ci ildə Nairobi və Darüssalamda ABŞ hərbi hissələri terrorçular tərəfindən partladılır. ABŞ və İngiltərə mətbuatı dünyanı yeni bir təşkilatla tanış etdi: Bu, ƏL-QAİDƏ təşkilatı idi… Bir dərədə mühasirə olunan və təslim olmayan Taliban əleyhdarı ittifaqın lideri Əhməd Şah Məsud 9 sentyabr 2001-ci ildə reportaj verdiyi zaman kameraya quraşdırılmış partlayıcının işə salınması nəticəsində ağır şəkildə yaralanır. Şah Məsud 11 sentyabrda son nəfəsini verərkən Talibana qarşı müharibənin davam etməsini vəsiyət etdiyi zaman Əl-Qaidə ABŞ kəşfiyyatının xəbəri olduğu halda əkiz qüllələrə hücum edir. 11 sentyabrdan təxminən 1 ay sonra, 7 oktyabr 2001-də ABŞ Əfqanıstana hava hücumuna start verir. Əl-Qaidə ssenariyə əsasən Bin Ladeni təslim etmək çağırışını rədd edir və Əfqanıstan yeni bir müharibə meydanına çevrilir. Uzun illər hamının unutduğu Əfqanıstana hərbi müdaxilədən sonra, orada konfranslar da keçirilməyə başlandı. 27 noyabrda başlayan Bonn konfransı Puştu əsilli Kərzainin liderliyində müvəqqəti hakimiyyətin qurulması qərarı ilə fəaliyyətini sonlandırdı. BMT 20 dekabrda Əfqanıstana sülhməramlıların göndərilməsinə qərar verir. "Şərq İttifaqı"nın və koalisiyanın hücumları zamanı Talibanın gücü zəifləyir. Əfqanıstanda gedən müharibənin 3-cü ilində ABŞ İraqda kütləvi qırğın silahlarının məhv edilməsi adıyla İraqa qoşun yeridir. Bu barədə ötən təhlilimizdə də ətraflı məlumat vermişik. Bu dəfə terrorçular ABŞ işğalından sonra İraqda peyda olurlar. 2004-cü ildə əl-Qaqidəyə bağlılığını elan edən bir qruplaşma qısa müddət sonra İraq əl-Qaidəsi adını alır. Mücahidin Şura birliyi ABŞ-ın himayəsində olan əl-Qaidə, Ceyş əl-Fatihin, Cund əl-Sahaba, Qatbiyən Ənsar əl-Tövhid vəl-Sunnə, Ceyş əl-Taifa əl-Mansoura kimi fərqli terrorçu qruplardan təşkil olunur. Bu terrorçu birliyindən əmələ gələn İŞİD terror qruplaşması ABŞ-ın terror gücünün vahid qüvvə olması formasını alır. Adətən bu cinayətlərdə ABŞ-ın adı hallansa da, İngiltərənin bu cinayətlərdə payı ən az ABŞ qədərdir. İraq müharibəsinin qızğın vaxtlarında İraqın əl-Ənbar, Neynəva, Diyala, Babil, Kərkük və Səlahəddin əyalətlərində güclənən İŞİD paytaxtını Bakuba elan edir. Lakin terrorçu qruplaşmanın adı hələ rəsmi şəkildə açıqlanmır. Daha çox əl-Qaidənin İraq qolu kimi tanınır. ABŞ İraqı tərk etməyə başladıqdan sonra bu qruplaşma gücünü iki qat artırır. Suriya daxilində gedən müharibədə “Nusra cəbhəsi”, “Azad suriya ordusu” kimi terrorçuların əlində olan ərazilər İŞİD tərəfindən ələ keçirilir və əsasən İdlib, Rəqqa və Xələb bölgələrində təsirli gücə sahib olur. Rəsmi statistik məlumatlara görə İraqda 50 min, Suriyada isə 30 min üzvü olan İŞİD, Əl-Qaidənin rəhbəri Əymən əz-Zəvahirinin göstərişlərini icra etməkdən boyun qaçırır və öz lideri Əbu Bərk əl-Bəğdadinin qanunları ilə idarə olunur. 8 aylıq gərginlikdən sonra 2014-cü ilin fevral ayında əl-Qaidə İŞİD-lə bütün əlaqələrini kəsdiyini açıqlayır. İŞİD güclənməyə başladığı halda, həm Suriyada, həm də İraqda ağır itkilərlə üzləşir. Buna səbəb də Şərq müqavimətinin birləşərək terrorçuluqla mübarizəyə başlamasıdır. Uzun illərdir terrorizmin inkişafı üçün aparılan siyasətin məğlub olmasını, terrorçuların zəifləməsini və Şərq müqavimətinin qələbəsini gizlətmək, dünya ictimaiyyətinin diqqətini başqa bir istiqamətə yönəltmək lazım idi. Və Yəmənə hücum aktı baş verdi. Yəmənlə bağlı daha sonra araşdırma aparmağı planlaşdırırıq. 2 əsrdən də artıq müddət ərzində terrorçuluğun yaranmasını, inkişaf xəttini araşdırmağa çalışdıq. Tural Əli İslamazeri.az üçün
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031