Baş verənlərin səbəbkarı İslam deyil, müsəlmanlardır
Mьəllif: admin1
Tarix: 24-08-2015, 10:29
Bцlmə: Xəbərlər
Baş verənlərin səbəbkarı İslam deyil, müsəlmanlardır

Livanın öndə gələn sünni alimlərindən Sayda şəhərinin Qüds məscidinin imamı Şeyx Mahir Hammud bu İslam dininin arxasında gizlənərək İslamın adına ləkə gətirənlərdən danışıb.

İslaminsesi.org-un Yaxın Şərq mətbuatına istinadən verdiyi xəbərə görə, Şeyx Mahir Hammud çıxışı zamanı bunları qeyd edib.

"İslam dünyasında yaşanan böhran ağıl sahibi olan hər kəs tərəfindən hiss ediləcək qədər ciddi bir ölçüdə - mövcud siyasi böhran, dini, mədəni, iqtisadi, hər sahəyə öz təsirini göstərib. Bunların yaranma səbəbi insanların özündədir. Yəni böhranın səbəbkarı özlərini sıfır nöqtəsindən alıb yuxarılara çıxaran İslamı kifayət qədər yaşaya bilməyən müsəlmanlardır. Özlərinin açıqlamadığı bir vəziyyətə düşdükdə “İslam dini bunu tələb edir. Mən İslama görə belə edirəm” deyənlər guya azdır?

Hətta etdiklərini qanuniləşdirmək, səhvlərinin üstünü ört-basdır etmək və qarşısındakı düşməninə möhkəm bir dəlillə müdafiə etmək naminə əvvəlini və ya sonrasını qiymətləndirmədən hissə-hissə alaraq İslam dinindən istifadə edən müsəlmanlar məgər azdır?

Bəli, insanlar bir-birindən fərqli davranır. Məsələ dində deyil. Müqavimət göstərən, mübarizə aparan, sülh olan bir dinə(İslam) xəyanət edən, yandırıb yıxan, qətllər törədən və bunları İslam adı ilə etdiyini iddia edən şəxslərdən nə gözləmək olar?

Məsələ sünnü şiə davasıda deyil. İnsanlar məzhəbçilik, irqçilik məsələlərini özləri yaradırlar. Bir problemlə rastlaşınca “Əhli Sünnəyə zülm etdilər” deyə məzhəbçilik məsələlərini ortaya atırlar.

Müsəlmanların bu təcrübədən dərs çıxarmaları, səhv etdiklərini qəbul etmələri lazımdır. Müsəlmanlar Suriyada baş verənlərin İsrail və Amerika başda olmaqla beynəlxalq səviyyədə hazırlanmış bir sui-qəsd olduğunu qəbul etməsələr, IŞİD kimi terror qrupların İslamın adından istifadə edərək İslamı ləkələdiklərini qəbul etməsələr irəli gedə bilməyəcəklər.

Biz əvvəllərdə qeyd etdik ki, kim peşman olub tövbə edərsə biz onun yanındayıq. Ancaq yalan danışmağa davam edənlərin də qarşısında durmağa davam etdirəcəyik.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031