İmam cümə: "Sünnilərin müqəddəslərini təhqir edən bizdən deyildir!"
Mьəllif: admin1
Tarix: 22-08-2015, 14:05
Bцlmə: Xəbərlər
İmam cümə: "Sünnilərin müqəddəslərini təhqir edən bizdən deyildir!"

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmməd Əli Muvəhhidi Kermani olub. O, dünya gündəmində olan İranın nüvə məsələsinə toxunaraq belə bildirib: “Nüvə müzakirələri İranın ABŞ-la barışması demək deyil. ABŞ sionist rejimini dəstəkləyir və bu rejim cəllad, qatil rejimdir. Bu cür rejimi dəstəkləyənlə barışmaq olarmı? Digər tərəfdən onların ölkəmizdə törətdiyi cinayətləri sayıb qurtarmaq mümkün deyil. ABŞ belə düşünməsin ki, müzakirə masasında İran İslam Respublikasından hansısa əhdləri alıb. Nüvə silahından istifadə etməmək birbaşa bizim dindarlığımızla əlaqəlidir və bizim dinimiz bu silahdan isitfadə etməyi və zalımla məzlumu birlikdə məhv etməyi qadağan edir. İran sanksiyaları qaldırmağa israr etməklə sübut etdi ki, zülmə boyun əyən deyil. Nəhayət ki, xalqımızın səbr və müqaviməti və rəhbərimizin göstərişləri öz bəhrəsini verdi. İranın sürətli inkişafı onları dəhşətə gətirib. Elə bu səbəbdəndir ki, müzakirə heyətimizin istəklərini qəbul etdilər. Ölkəmiz bu müzakirələrlə dünyanın böyük gücü olduğunu sübut etdi. İranın güclü məntiqi dünya ölkələrinə çatdı və dünya İranın məzlum, sanksiyaların isə zalım olduğunu anladı. Biz ölkəmizə nüfuz etməyi amerikalıların üzünə bağlamışıq və həmişə də bağlayacağıq. Onlar bölgə ölkələrinə də nüfuz etmək fikrindədirlər. Bu müzakirələrlə onu xəyal edirlər”. O, sözlərinin davamında islam ümmətinin ən böyük problemlərindən olan vəhdətə toxunaraq deyib: “İxtilaf Allahın Quranda əzab verəcəyini bildirdiyi məsələlərdəndir. Düşmənin başına vuracağımız yumruqları bir-birimizin başına vurmayaq. Rəhbərimizin də dediyi kimi, heç kim əhli-sünnənin müqəddəslərini təhqir etməməlidir. Təhqir edən bizdən deyildir və yolunu azdığını anlamalıdır. Londonda yaranan şiəliyin həqiqi şiəliklə heçbir əlaqəsi yoxdur.” Ayətullah Kermani sonda belə qeyd edib: “ABŞ bilməlidir ki, İran heç vaxt Fələstin müqavimətini dəstəkləməkdən əl çəkməyəcək. ABŞ-ın dəyişdiyini düşünmək sadəlövhlükdür. Onların düşmənçiliyi qalıb. Çünki onların problemi islamladır. Vəhhabi rejimi olan Səudiyyə nə vaxt öz yalnışlarını anlayacaq? Nə qədər cinayət törətmək istəyirlər? Allahdan onları ayıltmağını istəyirik".
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930