İranlı generaldan dünyanı heyrətləndirəcək xəbər
Mьəllif: admin1
Tarix: 10-08-2015, 16:45
Bцlmə: Xəbərlər
İranlı generaldan dünyanı heyrətləndirəcək xəbər

İran ordusunun baş gərərgah rəisi iraqlılara terorizmlə mübarizədə əsla vaz geçməyəcəklərini bildirərək İŞİD terror qruplaşmasının yox olma ərəfəsinə çatdığını qeyd edib.


İslaminsesi.org-un fars mətbuatına istinadən verdiyi xəbərə görə, general Həsən Firuzabadi verdiyi bəyanatda İraq hökumətinin çox yaxşı performans nümayiş etdirdiyini, ölkənin ərazi bütövlüyü və müstəqilliyi yolunda mühüm addımlar atdığını deyib.


İranlı general bölgədəki proseslərin gec-tez İŞİD və ona bənzər qrupların süqutuna səbəb olacağını bildirib.
General həmçinin müsəlmanları ekstremist qrupların İraq hökümətinin zəifliyini göstərmək məqsədilə həyata keçirilməsi ehtimal olunan təxribatlara qarşı ayıq olmağı məsləhət görüb.


Suriya məsələsinə toxunan Firuzabadi Bəşər Əsədin son zamanlar müxtəlif cəbhələrdə terrorizmə qarşı əhəmiyyətli addımlar həyata keçirdiyini söyləyib.


General Suriya hökumətinin milli maraqlarını və ölkənin konstitusiyasını qoruyacaq gücdə olduğunu sübut etdiyini bildirib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031