Ayətullah Xameneidən bir hədisin şərhi
Mьəllif: admin1
Tarix: 8-07-2015, 15:17
Bцlmə: Xəbərlər
Ayətullah Xameneidən bir hədisin şərhi

İslaminsesi.org İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneidən din yolunda can və maldan keçmək hədisi haqqında şərhini təqdim edir.

Məhəmməd Peyğəmbərin (s) Əliyə (ə) etdiyi nəsihətlərdən 5-cisi.

“Mal və canından keçmək. Görün necədə bu sözlərin əzəməti var. Malını və canını öz dininin yolunda qurban ver. Əgər dinin qalması üçün malın xərclənməlidirsə, xərclə. Canını verməkdirsə, ver. Dini qorumaqda 2 cür məna kəsb etmək olar. Birincisi öz şəxsi dininizi, yəni iman və əməlinizi qorumaqdır. Əgər imanınınızın yolunda can və malınızı verməli olacaqsınızsa o zaman verin. Əlbbətdə təqiyyə və zərurətin əhkamı (qanunları) ayrıdır.

İkincisi isə islam uğrunda canından keç.

Sənin dininə, islama hücum məkrli planlar və mübarizə aparıldığını görsən və sən meydana gedib sinəni sipər etməlisənsə o zaman get. Əgər malını verməlisənsə ver, canını verməlisənsə ver. Bu peyğəmbərin (s) Əliyə (ə) olan uca və dəyərli məsləhəti idi. İnşallah ki, biz və siz buna əməl etməkdə müvəffəq olaq.

Əksər tərəf bundan ibarətdir ki, insan dinini mal və məqam əldə etmək üçün vasitə qərar versin. Bu çox çirkin bir əməldir. Hər şeyi dinə qurban verəcəyi halda insan, dini, dindarlığı və ya dini buraxmağı seçir. Biri mal və məqama çatmaq üçün şəri vəzifəsindən imanından keçir. Bu doğurdanda nə qədər çirkin və alçaq işdir”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930