Azərbaycanca-Gürcücə lüğət”in təqdimat mərasimi keçirilib
Mьəllif: admin1
Tarix: 21-06-2015, 20:52
Azərbaycanca-Gürcücə lüğət”in təqdimat mərasimi keçirilib

Atatürk Mərkəzindən APA-ya verilən xəbərə görə, təqdimat millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın təşkilatçılığı ilə baş tutub. Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Nizami Cəfərov belə bir sözlüyün nəşr edilməsini Azərbaycan-Gürcüstan xalqları arasında dostluq və mədəni münasibətlərə böyük bir töhfə kimi qiymətləndirib.



Q. Paşayeva Əli Xəlillinin tərtib etdiyi lüğətin Azərbaycan-Gürcüstan ictimai-mədəni münasibətləri baxımından əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kitabın ən önəmli cəhəti və əhəmiyyəti Gürcüstanda yaşayan soydaşlarımızın Gürcüstan cəmiyyətinə daha yaxşı inteqrasiya edə bilməsi üçün belə bir nəşrdən faydalanması olacaq.



Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze belə bir nəşrin Azərbaycanda nəşr edilməsini yüksək dəyərləndirib. Azərbaycanca-gürcücə lüğətin olduqca vacib olduğunu qeyd edən səfir bunun iki qonşu xalq arasında dil baryerinin ortadan qaldırılmasında önəmli rolunu qeyd edib.



Daha sonra çıxış edən millət vəkilləri Əhməd Vəliyev, Rasim Musabəyov, QHT Forumunun rəhbəri Rauf Zeyni, nəşrin əhəmiyyətini vurğulayıblar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930