Marneulidə Alget çayından naməlum meyit tapılıb
Mьəllif: admin1
Tarix: 16-06-2015, 11:26
Marneulidə Alget çayından naməlum meyit tapılıb

Marneuli. Nizami Məmmədzadə-APA. Marneulinin azərbaycanlıların kompakt yaşadığı Sabirkənd kəndində Alget çayının daşması nəticəsində naməlum bir şəxsin cəsədi çayın sahilinə çıxıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə kənd sakinləri bildiriblər. Sakinlərin dediyinə görə, çayda 2 meyit axıb və onlardan birini sel suları sahilə çıxarıb, digər meyiti isə tuta bilməyiblər. Hadisə ilə bağlı əlaqədar güc strukturlarına məlumat verilib və naməlum meyit aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, digər meyitin axtarışları davam etdirilir. Sakinlərin bildirdiyinə görə, aşkar edilən meyitin kimliyi bilinmir.

Qeyd edək ki, hadisə dünən baş verib və Alget çayının daşması nəticəsində Sabirkənd kənd sakinlərinin torpaq sahələrini sel suları yuyub.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031