Dünyanın ən çox ateist və dindar ölkələri hansılardır?
Mьəllif: admin1
Tarix: 16-04-2015, 13:51
Dünyanın ən çox ateist və dindar ölkələri hansılardır?

Beynəlxalq Qallup Araşdırıcılar Mərkəzi dünyanın ən çox ateist və dindar ölkələrini müəyyənləşdirmək məqsədilə 65 ölkənin 64 min sakini arasında sorğu keçirib.

Tailand dünyanın ən dindar ölkələri siyahısında ilk yeri tutub. Sorğuda iştirak edən tailandlıların 94 faizi dinə inandıqlarını bildirib. Yalnız bir faiz ateist olduğunu bəyan edib. Sonrakı yerdə Gürcüstan və Mərakeş gəlir. Bu ölkələrin vətəndaşlarının əksəriyyəti dindar olduqlarını bildiriblər. Çində respondenlərin 61 faizi ateist olduğunu, 7 faizi isə dinə inandığını qeyd edib.

Dünyanın daha çox ateist ölkələri sırasında Yaponiya, İsveç, Polşa, Makedoniya, Kosovo və Çexiya yer alıb. Sorğuda Qərbi Avropa bir qədər dünyanın ateist regionu hesab olunub. Sorğuda iştirak edən fransızların 31 faizi dindar olduğunu, 34 faiz sadəcə dinə inam bəsləmədiyini, 29 faiz özünü ateist hesab etdiyini və yalnız 6 faiz cavab verməkdə çətinlik çəkdiyini bildirib. Sorğuda iştirak edən İspaniya, Almaniya, Böyük Britaniya və Hollandiya vətəndaşları fransızlarla müqayisədə dinə az inandıqlarını açıqlayıblar.

Afrika qitəsində rəyi soruşulanların 81 faizi, o cümlədən əlcəzairlilərin 90, mərakeşlilərin 93, keniyalıların 89 faizi özlərini dindar hesab etdiklərini və dinə yüksək səviyyədə inam bəslədiklərini bildiriblər. Yaxın Şərqdə respondentlərin 82, Mərkəzi Amerikada isə 81 faizi dinə inandığını bəyan edib.

Sorğunun nəticələri göstərir ki, cəmiyyətin bütün təbəqələrində dinə inananlar üstünlük təşkil edir. Gənclər arasında dinə meyilliliyin qlobal miqyasda yüksəldiyini diqqətə çatdıran mərkəz yaxın vaxtlarda dindarların sayının sürətlə artacağını qeyd edib.



Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

azertag.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031