İslam alimləri məhərrəm ayı öncəsi məddahları xurafatdan uzaq durmağa çağırıblar
Mьəllif: admin1
Tarix: 20-10-2014, 23:00
Bцlmə: Xəbərlər
İslam alimləri məhərrəm ayı öncəsi məddahları xurafatdan uzaq durmağa çağırıblar

Islam dünyasının tanınmış müctəhidləri Ayətullah Cavad Amili və Ayətullah Məkarim Şirazi qarşıdan gələn məhərrəm ayı ilə bağlı Əhli- Beyt məddahlarına müraciət ediblər.
Ahlibeyt.ge-nın Salamnews agentliyinə istinadla verdiyi xəbərə görə, müctəhidlər məhərrəm ayında mərsiyəxanlıq və rövzəxanlıq edən məddahları sənədsiz-sübutsuz mövzulardan uzaq durmağa çağırıblar.

Ayətullah Cavad Amili məhərrəm ayında, xüsusilə Aşura günündə imamlarla bağlı oxunan mərsiyə və ilahilərdə sənədsiz tarixi hadisələrin səsləndirilməməsini istəyib.

Onun sözlərinə əsasən, bu xurafatlar imamların məqamını ucaltmır, əksinə, onların şəninə xələl gətirir.

Ayətullah Məkarim Şirazi isə məhərrəm ayında keçirilən əzadarlıq mərasimlərində digər məzhəblərdə müqəddəs olan atributların təhqir olunmamasını tələb edib.
ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031