Fələstinli şəhidlər üçün namaz qılan iordaniyalı tələbələr universitetdən qovulub
Mьəllif: Admin
Tarix: 9-03-2024, 11:19
Bцlmə: Xəbərlər
Fələstinli şəhidlər üçün namaz qılan iordaniyalı tələbələr universitetdən qovulub
İordaniya İslam Elmləri Universiteti Fələstinlə həmrəy olduqlarını bildirmək üçün Qəzzə şəhidləri üçün qiyabi cənazə namazı qılan 3 tələbənin universitetdən çıxarılmasına qərar verib.

Universitetin tələbələrindən Üsamə Əl Cəhni mövzu ilə bağlı bunları deyib: "20-yə yaxın tələbə Qəzzə şəhidləri üçün qiyabi cənazə namazı qılmağa çalışırdılar. Namazın başlamasından bir neçə dəqiqə sonra universitetin təhlükəsizlik qüvvələri zorla aksiyanı dayandırdı və namaz qılan tələbələrdən birinə hücum etdi".

Tələbələrə hücumdan sonra universitetin təhlükəsizlik işçiləri tələbələrə qarşı cinayət işi açaraq tələbələrin onlara hücum etdiyini iddia edib. O da qeyd olunub ki, hazırda məsələ məhkəmə orqanları tərəfindən araşdırılır.

Bu arada mərasimə qatılan bəzi tələbələr universitetin saytında heç bir əməliyyat edə bilmədiklərini görüblər.

Bildirilib ki, universitet tələbələrin istintaq kollegiyasındakı ifadələrini nəzərə almayıb və ixrac edilmələri ilə bağlı yekun qərar verib.

Qovulan tələbələrdən biri məzun olmaq üçün qeydə alınıb.
("İQNA")

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031