Ayətullah İmami Kaşani dünyasını dəyişib
Mьəllif: Admin
Tarix: 4-03-2024, 10:40
Bцlmə: Xəbərlər
Ayətullah İmami Kaşani dünyasını dəyişib
Ekspertlər Məclisinin üzvü və Tehranın müvəqqəti cümə imamı Ayətullah Məhəmməd İmami Kaşani dünən axşam saatlarında evində ürək tutmasından dünyasını dəyişib.

1930-cu il təvəllüdlü Ayətullah Kaşani həm də Şəhid Mütəhhəri mədrəsəsinin rəhbəri olub. Kaşanın Kəlhor məhəlləsində anadan olan Ayətullah İmami Kaşaninin atası Mirzə Əbu Turab Kaşanın cümə imamı olub.

Ayətullah İmami Kaşani 13 yaşında Kaşan Elmləri Hövzəsinə daxil olur və Ayətullah Rastinin yanında ərəb ədəbiyyatını öyrənir. Daha sonra Qum elmləri hövzəsinə (Feyziyə mədrəsəsi) köçən Ayətullah Kaşani İranın keçmiş baş naziri Məhəmməd Rza Məhdəvi Kəni ilə otaq yoldaşı olub.

İmam Xomeyni (r.ə) başda olmaqla, böyük ustadlardan dərs alan mərhum Ayətullah sonrakı həyatında da siyasi fəaliyyətlə məşğul olub.

İmam Xomeyninin (r.ə) göstərişi ilə Şəhid Mütəhhəri mədrəsəsinin idarəçiliyinə təyin olunan mərhum Ayətullah İmami Kaşani müxtəlif şəhərlərdə bu mədrəsənin müxtəlif şöbələrini açıb. (İQNA)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031