Ayətullah Sistanidən Türkiyə və Suriyaya başsağlığı mesajı
Mьəllif: Admin
Tarix: 8-02-2023, 14:40
Bцlmə: Xəbərlər
Ayətullah Sistanidən Türkiyə və Suriyaya başsağlığı mesajı

Ayətullah Sistani Türkiyə və Suriyadakı zəlzələ ilə bağlı bəyanat yaydı

Böyük təqlid mərcesi Ayətullah Sistani Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

İslamazeri.com xəbər verir ki, bəyanatda deyilir:

“Mərhəmətli və Rəhmli Allahın adı ilə

Uca və böyük Allahdan başqa heç bir qüdrət yoxdur.

Bu yaxınlarda Türkiyə və Suriyanın geniş ərazilərini silkələyən şiddətli zəlzələ – yeni məlumatlardan göründüyü kimi – çoxlu qurbanlar və yaralananlar, infrastruktur və yaşayış məntəqələrində böyük maddi tələfatlar, misilsiz insan fəlakətinə səbəb olub.

Nəcəf Əşrəfdəki dini mərcəiyyət bu böyük fəlakətdə yaxınlarını itirən insanlara başsağlığı və həmrəylik bildirməklə yanaşı, Uca Allahdan səbr və xəsarət alanlara tezliklə şəfa diləyir.

Ümid olunur ki, aidiyyatı qurumların və ictimaiyyətin səyi ilə zərərçəkmişlərə lazımi ehtiyaclar ən qısa zamanda təmin ediləcək.

Mütəal Allahdan hər kəsdən bəlaları uzaqlaşdırmasını, onlara xeyir və salamatlıq verməsini diləyirik. Allah qoruyan və rəhimlidir.”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930