Hindistanda 500 illik tarixi olan məscid dağıdılıb
Mьəllif: Admin
Tarix: 22-01-2023, 10:58
Bцlmə: Xəbərlər
Hindistanda 500 illik tarixi olan məscid dağıdılıb
"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətinin hakimiyyət orqanları küçənin genişləndirilməsi bəhanəsi ilə 500 ilə yaxın yaşı olan tarixi “Şahi” məscidini dağıdıb.

Hindistanda sosial şəbəkələrdə Uttar-Pradeşdəki tarixi "Şahi" məscidinin bələdiyyə buldozerləri tərəfindən dağıdılmasının videoları yayımlanıb. Bu məscid 16-cı əsrə aiddir.

Bu məscidin yerləşdiyi Allahabad şəhərinin mərkəzi məhkəməsi söküntünün dayandırılması ilə bağlı vəsatəti rədd edib və bu məscidin qanunsuz tikildiyini iddia edib.

Hindistan mətbuatının verdiyi məlumata görə, yanvarın 9-da təhlükəsizlik qüvvələri və rəsmilərin iştirakı ilə dağıdılan bu məscid, Əfqan hökmdarlarından Şir Şah Suri tərəfindən tikilmişdir.

Yerli sakinlər məscidin sökülməsinin dayandırılması üçün Ali Məhkəməyə müraciət etməyə çalışsalar da, cəhdləri baş tutmayıb.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031