İranla Rusiya arasında 44 milyardlıq sövdələşmə - Azərbaycan ərazisindən istifadə olunacaq
Mьəllif: Admin
Tarix: 12-10-2022, 11:01
Bцlmə: Xəbərlər
İranla Rusiya arasında 44 milyardlıq sövdələşmə - Azərbaycan ərazisindən istifadə olunacaq
İran Rusiya ilə 44 milyard dollarlıq sövdələşmələr bağlayıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Oudci bildirib. Onun sözlərinıə görə, bu rəqəmin 40 milyard dollar qaz kəmərlərinin tikintisinə, 4 milyard dolları isə yataqların işlənməsinə sərf olunacaq.

"Kommersant" qəzetinin yaydığı xəbərə görə, qurğular İranda tikiləcək.

“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, o cümlədən qaz kəmərlərinin və maye qazın istehsalı üçün qurğuların tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq”, - nazir bildirib.

Saziş Xəzər İqtisadi Forumunda müzakirə edilib. Oktyabrın 7-də İranın neft naziri Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə görüşüb. Bu gün səhər saatlarında İran nazirinin müavini bildirib ki, bu razılaşmalara əsasən, İranda altı neft və iki qaz yatağı işlənəcək.

Sentyabr ayında "Fars" agentliyi İranın Neft Nazirliyinin hesabatına istinadən xəbər vermişdi ki, İran Milli Neft Şirkəti (NIOC) "Qazprom"dan 9 milyon kubmetr qaz alacaq. Qaz Azərbaycan ərazisindən keçməklə əldə olunacaq. Bundan əlavə, İran digər ölkələrlə mübadilə üçün gündəlik 6 milyon kubmetr qaz almağı da planlaşdırır.

Xatırladaq ki, İran Rusiyadan sonra dünyada ikinci ən böyük təbii qaz ehtiyatına malikdir, lakin ölkədə ixracı artırmaq üçün infrastruktur yoxdur.



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031