Gürcüstan və Rumıniya prezidentləri strateji əməkdaşlığın yaradılması haqqında bəyannamə imzalayıblar
Mьəllif: Admin
Tarix: 12-10-2022, 10:54
Bцlmə: Xəbərlər
Gürcüstan və Rumıniya prezidentləri strateji əməkdaşlığın yaradılması haqqında bəyannamə imzalayıblar
Buxarestdə Gürcüstan prezidenti Salome Zurabişvili və Rumıniya prezidenti Klaus İohannis “Gürcüstan və Rumıniya arasında strateji əməkdaşlığın yaradılması haqqında” bəyannamə imzalayıblar.

Bu barədə prezident administrasiyası məlumat yayıb.

Bəyannaməyə əsasən, tərəflər iki ölkə arasında möhkəm əməkdaşlığın strateji tərəfdaşlığa çevrilməsi barədə qərar qəbul edir və bu məqsədlə siyasi dialoqun dinamikasını və məzmununu daha da gücləndirməyə, ikitərəfli münasibətlərdə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiq edirlər.

Sektorlar səviyyəsində, Rumıniya və Gürcüstan arasında əlaqəni təşviq etməklə, Avropaya inteqrasiya istiqamətində əməkdaşlığı dərinləşdirmək nəzərdə tutulur.

Bundan əlavə, bəyannaməyə əsasən, tərəflər sülh və təhlükəsizlik məsələlərində əməkdaşlığı da gücləndirəcəklər.
(24news.ge)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031