Marneulidə Qədir-Xum bayramı keçirilib
Mьəllif: Admin
Tarix: 20-07-2022, 10:51
Bцlmə: Xəbərlər
Marneulidə Qədir-Xum bayramı keçirilib

Hz.İmam Əli (ə.s) Xeyriyyə Fondunun təşkilatçılığı ilə Ocaq şadlıq sarayında Qədir-Xum bayramı münasibəti ilə tədbir keçirilib.

Dini bayram tədbirində çıxış edən Marneuli Mərkəzi Hz.Əli (ə.s) Məscidinin axundu Hacı Hacıyev əlamətdar gün münasibətilə ölkə və dünya müsəlmanlarını təbrik edib.

Din xadimi eləcə də diqqətə çatdırıb ki, bu gün Hz.İmam Əli (ə.s) Xeyriyyə Fondunun quruluşundan 17 il ötür və bu münasibətlə başta Marneuli sakinləri olmaqla Fondun üzvləri və bütün xeyriyyəçiləri təbrik və təşəkkür edirəm.

Hacı Hacıyev Fondun bu günə qədər gördüyü işlər danışıb və xeyirhaq insanların sayəsində gələcək də fəaliyyətlərini daha da şaxələndirəcəklərini ifadə edib.

Dini müsiqi sədaları və din xadimlərin, Marneuli və ətraf sakinlərin iştirakı ilə davam edən mərasimdə ehsan süfrəsi də açılıb. Tədbir sonda dualar ilə yekunlaşıb. (Aktual.ge)


Marneulidə Qədir-Xum bayramı keçirilib
Marneulidə Qədir-Xum bayramı keçirilib
Marneulidə Qədir-Xum bayramı keçirilib
Marneulidə Qədir-Xum bayramı keçirilib


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031