MARNEULİNİN ARAFLI KƏNDİNDƏ QƏDİR-XUM BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB (Foto)
Mьəllif: Admin
Tarix: 20-07-2022, 10:32
Bцlmə: Xəbərlər
MARNEULİNİN ARAFLI KƏNDİNDƏ QƏDİR-XUM BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB (Foto)
Marneuli rayonunun Araflı kəndində Gürcüstan Müsəlmanları İdarəsi və “Gürcüstan Əhli-beyt” Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qədir-Xum” bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə din xadimləri, millət vəkili, rayon rəhbərliyinin əməkdaşları, bələdiyyə nümayəndələri, Marneuli rayon, Araflı və ətraf kəndlərdən inanclı şəxslər iştirak edib.
Ahlibeyt.ge xəbər verir ki, Taleh Binnətovun aparıcılığı ilə keçirilən tədbir Quran müəllimi Rəşad Əliyevin Qurani-Kərimdən bir neçə ayənin tilavəti ilə başlayıb. Sonra Araflı kənd məscidinin axundu Mirağa Hüseynov, Marneulidə yerləşən İmam Əli (ə) adına məscidin axundu və imam Cüməsi Hacı Hacıyev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Oxuinfo.com saytının rəhbəri din xadimi Ramil Qəhramanov, Axılı Mahmudlu kəndinin axundu Kərbəlayi Fariz Hüseynov və başqaları çıxış ediblər.

Çıxış edən din xadimləri bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti və imamət məqamının önəmindən danışıb, Quranın son ayəsi və Peyğəmbərimizin (s) son sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar.

Təbrik üçün kürsüyə dəvət olunan Gürcüstan parlamentinin millət vəkili Zaur Darğallı da öz növbəsində iştirakçıları salamlayaraq təbriklərini çatdırıb. Belə tədbirlərin keçirilməsinin dini-mənəvi dəyərlərin dirçəlişi baxımından önəmli olduğunu bildirib.

Tədbirdə ötən ay keçirilən kitab yarışmasının qaliblərinə və adları Əli olanlara hədiyyələr təqdim olunub.

Dəyərli şairlərin şeirləri və əhlibeyt Məddahı Səid Həsənin ifaslnda İlahilərlə davam edən tədbir Kərbəlayi Seyyid Rəhmanın Fərəc duası oxuması ilə başa çatıb. Sonda tədbir iştirakçıları bayram şirniyyat süfrəsinə dəvət olunublar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930