Yəməndə 700 illik məscid dağıdılıb
Mьəllif: Admin
Tarix: 13-07-2022, 09:56
Bцlmə: Xəbərlər
Yəməndə 700 illik məscid dağıdılıb
Yəmənin vəqf idarəsi təkfirçi ünsürlərin hücumu nəticəsində tarixi Əl-Nur məscidinin böyük bir hissəsinin dağıdıldığını elan edib. O, beynəlxalq qurumlardan Səudiyyə-Əmirlik koalisiyasının muzdluların səyləri ilə Yəmənin tarixi və mədəni irsini məhv etməsinə qarşı tədbir görməyə çağırıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Yəmənin Vəqf İdarəsi Əl-Qaidə terror qruplaşmasının Hudeydə əyalətinin Əl-Xuxa şəhərinin şimalında Əl-Qətəba bölgəsində Əl-Nur məscidinin böyük bir hissəsini dağıtmasını pisləyib.

Bu qurumun bəyanatında deyilir: "Səudiyyə-Əmirlik ittifaqının muzdlu əsgərləri olan Əbu Zərə əl-Məhrəmi və Tarik Əfaşın rəhbərliyi altında Əl-Qaidə ünsürləri 700 il əvvələ aid Əl-Nur Məscidinin bir çox hissəsini dağıdıblar.

Təkfirçi ünsürlər məscidi orada ilahi övliyaların məzarlarının olması səbəbindən dağıtdıqlarını iddia edirdilər. Amma yerli sakinlərin təsdiqinə görə, bu məsciddə heç vaxt məzar olmayıb.

Vəqf İdarəsi beynəlxalq qurumlardan Səudiyyə-Əmirlik koalisiyasının muzdluların səyləri ilə Yəmənin tarixi və mədəni irsini məhv etməsinə qarşı tədbir görməyə çağırıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930