Tale Bağırzadə 20 gündən sonra aclıq aksiyasını dayandırıb
Mьəllif: Admin
Tarix: 23-06-2022, 21:03
Bцlmə: Xəbərlər
Tale Bağırzadə 20 gündən sonra aclıq aksiyasını dayandırıb
Həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 20 gündən sonra aclıq aksiyasını dayandırıb.

SalamNews-un xəbərinə görə, bu barədə Qobustan həbsxanasında cəza çəkən T.Bağırzadə özü məlumat yayıb.

Aclıq aksiyasının dayandırılmasıyla əlaqəli çoxsaylı çağırışlar, önəmli şəxsiyyətlərin müraciəti, həbsxanalarda bizimlə birgə aclıq aksiyasına qoşulan dəyərli və cəsarətli qardaşlarımızın səhhətlərində yaranan problemləri və onların əziz ailələrinin narahatçılığını nəzərə alaraq bu gündən etibarən aclıq aksiyasını dayandırıram. Ancaq mübarizəni əsla dayandırmırıq.

Bundan sonra nə qədərki, hakim rejim tərəfindən Allahı söyərək təhqir edən, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə, zorakılıq, şəxsiyyəti alçaldan halların qarşısı alınmayana kimi, həmin cinayətkarlar cəzalanmayana kimi hər cümə günü sivil etiraz aksiyaları davam edəcək.

Bu böyük cinayətin rejim tərəfindən ört-basdır edilərək unutdurulmasına əsla imkan verməyəcəyik.

Aclıq aksiyası dövründə bizə dəstək olan ölkə daxili, və ölkədən xaricdə olan bütün əzizlərə adbaad təşəkkür edirik. Alah millətimizi qorusun!

Qeyd edək ki, o, iyunun 3-də aclıq aksiyasına başlamışdı.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031