Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibəti ilə çıxış edib
Mьəllif: Admin
Tarix: 4-06-2022, 11:42
Bцlmə: Xəbərlər
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibəti ilə çıxış edib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə İmam Xomeyninin (rə) hərəmində çıxış edib.

Ali Rəhbər çıxışında İmam Xomeyninin (r.ə) vəfatı münasibətilə başsağlığı verib və bildirib ki, İmam Xomeyni (r.ə) İslam Respublikasının ruhudur. Əgər hu ruh İslam Respublikasından alınarsa və diqqətsizlik olunarsa, divardakı şəkil tək qalacaq.

Ali Rəhbər bildirib ki, İmam Xomeyni şəxsiyyəti hələ də tam tanınmayıb. "Həqiqətdə İnqilabın yeni nəsli gənclər əziz İmamı düzgün tanımır, dərk etmir və onun əzəmitini bilmir. İmam Xomeyni sözün həqiqi mənasında misilsiz bir şəxsiyyət idi. Gənc nəsilin İmam Xomeynini tanıması bu cəhətdən əhəmiyyətlidir ki, onlara ölkənin gələcəkdə yaxşı idarə edilməsinə yardım edəcək."

Ali Rəhbər qeyd edib ki, İmam Xomeyni yalnız dünən deyil, bu gün və sabah da var. "Ölkənin gələcəyini idarə edəcək və inqilabın ikinci addımında milli və inqilabi məsuliyyəti üzərinə götürməli olacaq gənc və ağıllı nəslimizə inqilab yolu ilə gedə bilmək üçün əsl proqram təminatı lazımdır; düzgün, ona kömək edə biləcək etibarlı və hərtərəfli proqram.

Sürətləndirici və köməkçi, hətta bəzi hallarda dəyişdirici ola bilən bu proqram İmamın dərsləridir. Bu dərslər həm İmamın danışığında, həm də imamın rəftarında görünə bilən dərslərdir."

Ali Rəhbər qeyd edib ki, Imam şəxsi xüsusiyyətlərinə görə seçilən bir insan idi. "İmam sözün əsl mənasında pak və təqvalı, mənəviyyat və ifrani hallar sahibi idi.

O, mənəvi incəlik sahibi idi və gəncliyinin ilk çağlarında "Səhər duasının" şərhi kimi irfani kitablar yazmışdı. İmam mənəviyyat və irfan sahibi idi.

O, heç vaxt naümid olmurdu, sözün həqiqi mənasında sədaqətli idi, həm Allaha, həm də insanlara qarşı sadiq idi və vədinə əməl edirdi. İmam çox nizam-intizamlı və vaxtın qədrini bilirdi, həqiqi mənada təvəkkül əhli idi və Allahın vədinə inanırdı.

Ali Rəhbər bildirib ki, İmam Xomeyni xalqa güvənirdi. "İmam Xomeyninin şüarı nə Şərq, nə də Qərb idi. Biz zülm etmirik, zülmü də qəbul etmirik.

Hegemonlar və zalımlar İslam Respublikasının düşmənləridir. Qətl, köləlik və insan hüquqlarını müdafiə şüarı Qərb sivilizasiyasının şah əsərləridir. Bu gün müqavimət dünyanın siyasi ədəbiyyatında görkəmli sözdür."

Fransada inqilabdan 12-13 il sonra Fransa yenidən monarxiyaya çevrildi və Napoleon hakimiyyətə gəldi. Daha sonra o, vəzifəsindən uzaqlaşdırıldı və Fransa İnqilabının əleyhinə çıxdığı ailə (Burbon ailəsi) yenidən Fransanın idarəçiliyini öz üzərinə götürdü.

Sovet inqilabı on iki ildən az vaxt keçmədi ki, Stalin və onun xələfləri sovet ölkələrinə elə zülm və diktatura tətbiq etdilər ki, onlardan əvvəlki monarxiyalar bu zülmü görməmişdilər, yenə də xalq heç nəyə yaramadı və uzaqlaşdırıldı.

Ayətullah Xamenei bildirib ki, cəsarət və heç bir şeydən qorxmamaq İmamın Xomeyninin xüsusiyyətlərindən idi. "İmam Xomeyni sözün əsl mənasında cəsur idi.

İmamın “Vallah, indiyə qədər qorxmamışam!” dediyini sitat gətirirlər. İmamdan gördüklərim və eşitdiklərim bu idi: Bir dəfə İmamla bir məsələ haqqında danışırdım.

Problem var idi, ona izah edirdim və bir təklifim var idi, danışarkən dedim ki, qorxduğunuz üçün bunu etmirsiniz...; Demək istədim ki, siz qorxursunuz ki, məsələn, nəsə ola bilər. Qorxduğunu deyəndə dedi: Mən heç nədən qorxmuram."
(Maide.az)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930