Ayətullah Xameneinin Roma Papasına mesajının MƏZMUNU
Mьəllif: Admin
Tarix: 2-06-2022, 10:52
Bцlmə: Xəbərlər
Ayətullah Xameneinin Roma Papasına mesajının MƏZMUNU
İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin dünya katoliklərinin rəhbəri Roma Papası Fransiskə göndərdiyi mesajın məzmunu açıqlanıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Ayətullah Xameneinin Roma Papasına mesajını İranın Dini-elmi mərkəzlərinin sədri Ayətullah Əlirza Ərafi çatdırıb.

Vatikanda Roma Papası ilə görüşən Ayətulah Əlirza Ərafi Ayətullah Xameneinin salamını çatdırdıqdan sonra onun göndərdiyi şifahi mesajı qarşı tərəfə çatdırıb.

“İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei sizin sabiq fəaliyyətinizi və Latın Amerikası ilə əlaqələrinizi təqdir edir, İslam və Xristianlıq arasında yaxınlaşmada olan bəzi addımlarınızı, məzlumları müdafiə etmək mövqelərinizi müsbət qiymətləndirir. O bildirir ki, biz sizdən dünyanın məzlum xalqlarının, xüsusilə də Fələstinin müdafiəsi üçün şəffaf və aydın mövqe sərgiləmənizi istəyirik”, deyə Ayətullah Ərafi Roma Papasına bildirib.

Ayətullah Ərafi bildirib ki, İslam İnqilabının Ali lideri işğalçılıq və müharibə başlatmaq kimi addımların və onun bariz nümunəsi olan Fələstin məsələsinin diqqət mərkəzində saxlanılmasını istəyir.

Ayətullah Seyid Əli Xameneinin gözlədiyi budur ki, Fələstin xalqını müdafiə etmək üçün addım atılmalı, dinindən asılı olmayaraq Fələstinin əsl öz əhalisinin iştirakı ilə seçkilər keçirilməli və problem bu yolla həll edilməlidir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930