Ayətullah Xamenei Ərəb dünyasını İsrailə qarşı ciddi mövqe nümayiş etdirməyə çağırıb
Mьəllif: Admin
Tarix: 13-05-2022, 10:31
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei Ərəb dünyasını İsrailə qarşı ciddi mövqe nümayiş etdirməyə çağırıb
“Ərəb dünyasından olan gözləntilər budur ki, işğalçı rejiminin qarşısında siyasi əməl meydanına ciddi şəkildə daxil olsunlar”.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyyid Əli Xamenei Qətərin əmiri Təmim bin Həmd Ali-Sanini qəbul edərkən deyib.

Ötən gün Tehranda baş tutan bu görüşdə Ayətullah Xamenei İsrailin işğalını və Fələstində törətdiyi cinayətləri kəskin pisləyib və baş verənlərin islam dünyasına zərbə və acı reallıq olduğunu bildirib.

O qeyd edib ki, İran İslam Respublikası da daxil olmaqla islam dünyasının ərəb ölkələrindən gözlədiyi budur ki, işğalçı rejimə qarşı siyasi əməl meydanına ciddi şəkildə qatılsınlar.

Ayətullah Xamenei, həmçinin İranla Qətərin qarşılıqlı siyasi və iqtisadi əlaqələrinin artırılmasını istəyib və qeyd edib ki, region məsələləri xarici müdaxilə və amillər olmadan həll edilməlidir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930