12 milyondan çox suriyalı uşağın humanitar yardıma ehtiyacı var - BMT
Mьəllif: Admin
Tarix: 9-05-2022, 22:33
Bцlmə: Xəbərlər
12 milyondan çox suriyalı uşağın humanitar yardıma ehtiyacı var - BMT
Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) 12,3 milyondan çox suriyalı uşağın humanitar yardıma ehtiyacı olduğu barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Adele Khodr verdiyi açıqlamada bildirib:

"Milyonlarla suriyalı uşaq hələ də Suriya və qonşu ölkələrdə qorxu, qeyri-müəyyənlik və ehtiyac içində yaşayır".

Açıqlamada, ölkə içində 6,5 milyon, qonşu ölkələrdə isə 5,8 milyon suriyalı uşağın humanitar yardıma ehtiyacı olduğu vurğulanaraq, Ukraynadakı müharibə ilə əlaqədar ərzaq da daxil olmaqla, ilkin tələbat mallarının qiymətlərinin sürətlə artdığı qeyd edilib.

Qeyd edək ki, vətəndaş müharibəsinin 11 ildir davam etdiyi Suriyada ümumilikdə 13 min, təkcə bu ilin ilk 3 ayında isə 213 uşaq öldürülüb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930