Əhli Sünnə Alimi: “Qüds Mücahid Ayətullah Xameneinin rəhbərliyi ilə azad ediləcək”
Mьəllif: Admin
Tarix: 30-04-2022, 12:01
Bцlmə: Xəbərlər
Əhli Sünnə Alimi: “Qüds Mücahid Ayətullah Xameneinin rəhbərliyi ilə azad ediləcək”
İraq Əhli Sünnə Alimləri Dərnəyinin sədri Şeyx Xalid əl-Molla Fars News-a verdiyi müsahibədə İmam Xomeyninin İslam ümmətinin oyanmasında rolunu yüksək qiymətləndirib və Fələstin məsələsi və İmam Xameneinin rəhbərliyinə toxunub.

Şeyx Xalid Molla deyib: Ərəb ölkələri Fələstin məsələsi ilə bağlı zəifləsələr də, İmam Xomeyninin Ümumdünya Qüds Gününün elan edilməsi və qeyd olunması təşəbbüsü İslam ümmətinin oyanmasına səbəb oldu.”

İraq Əhli Sünnə Alimləri Dərnəyinin sədri işğalçıların Məscidül-Əqsada namaz qılanlara qarşı hücumlarına toxunaraq deyib: “Biz bu günlərdə baş verən hadisələr və mübarək Ramazan ayının Qədr gecələrində diqqətli olmalıyıq.

İşğalçı sionist rejim məmurlarının namaz qılanları necə vurduğunu, Məscidül-Əqsaya sırf namaz qılmaq üçün daxil olan qadın və uşaqlara necə hücum etdiyini görürük. Bu hadisələrə mənfi və ya müsbət tərəfdən baxmaq olar.

Bunlardan birincisi sionist rejimin Fələstində müsəlmanlara və ərəb xalqına qarşı cinayət və qətllərini davam etdirməsidir. Müsbət nöqteyi-nəzər ondan ibarətdir ki, İmam Xomeyninin dəvət etdiyi kimi, bütün ümmət sionist rejimə qarşı dayanır və öz tarixi və dini haqlarını tələb edir.

Bu dəvətin bayrağını daşıyan Mücahid Ayətullah Xameneinin rəhbərliyi ilə bu məqsədə çatacağıq. İmam Xamenei hər zaman və hər məqamda ümmətə xitab edir və onları Fələstin və Məscidül-Əqsadakı tarixi və dini haqlarından əl çəkməməyə çağırır.

Biz hesab edirik ki, müqəddəs yerlərdə sevgi və rəğbət içində birləşmək, sionist rejim və onun ən böyük dəstəkçiləri, dünya zalımları, yəni Amerika və onun uşaqlarımızı öldürən və bizə hücum edən əlaltılarına qarşı ortaq mövqe nümayiş etdirmək üçün uyğun fürsətdir.

Bu gün bu rejimləri, xüsusən də torpağımızı, müqəddəs yerlərimizi işğal edən İsrail rejimini devirmək imkanı var. Bu iş ortaq bir mövqe tələb edir və xatırlatmaq lazımdır ki, bu dünyada mövcud olmağımızın səbəbi müqavimətdir. Uca Allah Quranda buyurur:

"O zaman Rəbbin onlara Qiyamət gününədək ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi". (Əraf/167)

Bu ayə Allahın dinindən çıxan yəhudilərin azğınlığından bəhs edir. Bu ayə açıq şəkildə göstərir ki, müqavimət Qiyamət gününə qədər davam edəcək və Allah onlara mücahidlərin əli ilə qalib gələcək”.

Şeyx Xalid Molla çıxışının sonunda Şeyx Əhməd Yasin, Abdulla Şallah, Əbdüləziz ər-Rantisi, Əbu Əli Mustafa, Hacı İmad Muğniyə, General Hacı Qasım Süleymani, Əbu Mehdi əl-Mühəndis və bütün müqavimət yolunda şəhidlər başda olmaqla, bütün müqavimət şəhidlərinin xatirəsini ehtiramla yad etdi.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930