Ayətullah Xamenei Yəmən müharibəsi barədə
Mьəllif: Admin
Tarix: 13-04-2022, 11:56
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei Yəmən müharibəsi barədə
“Yəqin bilirsiniz ki, bu müharibədə qalib gəlməyəcəksiniz. Onda niyə davam etdirirsiniz?! Bu müharibədə qalib gəlməyin heç ehtimalı da yoxdur. Elə isə bir yol tapıb bu müharibədən çıxın!”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Ötən gün ölkə rəsmiləri qarşısında çıxış edən Ayətullah Xamenei daxili məsələlərlə yanaşı bir sıra regional məsələlərə də münasibət bildirib.

Yəmən xalqının bütün mühasirə və təzyiqlərə baxmayaraq müqavimət etdiyini deyən Ayətullah Xamenei bu müqavimət hissini alqışlayıb və Səudiyyə Ərəbistanı rəhbərliyinə, onların xeyrini nəzərə alaraq məsləhət və tövsiyə verdiyini bildirib.

O, Səudiyyə Ərəbistanı koalisiyasının Yəmən müharibəsində qalib gələ bilməyəcəyini, rəsmi ər-Riyadın da bunu bildiyini vurğulayıb və tez bir zaman ərzində savaşdan çıxmaq yolunu tapmağı tövsiyə edib.

Ayətullah Xamenei eyni zamanda işğal edilmiş və mühasirədə olan ərazilərdə Fələstin xalqının əzm və müqavimət ruhiyyəsi nümayiş etdirdiyini deyib və bunun Fələstin məsələsinin undulmadığının göstəricisi olduğunu vurğulayıb.

O həmçinin İran nümayəndə heyətinin Vyanada apardıqları nüvə danışqılarında səbr, məntiq və dönməməzlik nümayiş etdirdiklərini deyib və bu danışıqların doğru xətt üzrə irəlilədiyini bəyan edib.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031