Amerika Ürək Assosiasiyası orucun nəticələrinə təəccüblənib
Mьəllif: Admin
Tarix: 10-04-2022, 12:38
Bцlmə: Xəbərlər
Amerika Ürək Assosiasiyası orucun nəticələrinə təəccüblənib
Suriyalı Quran tədqiqatçısı Abdul-Daim Əl-Kəhil məqaləsində yazır: "Uzun illərdir ki, ateistlər orucu həmişə insanların yemək və içmək azadlığının məhdudlaşdırıldığı və onu heç bir tibbi faydası olmayan dini ayin kimi qəbul edirdilər.

Bununla belə, Amerika Ürək Assosiasiyası tərəfindən 2019-cu ilin sonunda nəşr olunan bir araşdırma, müntəzəm şəkildə oruc tutmağın ürək sağlamlığına və uzunömürlülüyə heyrətamiz təsirini göstərir.

Araşdırmaya görə, ayda bir gün olsa belə, müntəzəm oruc tutmağa vərdiş edənlərin ürək xəstəliyinə tutulma ehtimalı, digərlərinə nisbətən 71 faiz az olub.

Araşdırmaya rəhbərlik edən Dr. Benjamin Di Horn deyir ki, bunlar heyrətamiz nəticələrdir. Oruc tutmağın ürək sağlamlığına gözlədiyimizdən daha dərin təsiri var. Orucun bu böyük təsiri elm adamlarını heyrətləndirib.

Bu araşdırma iki mühüm nəticə göstərir:

Birinci: Oruc insanı müxtəlif xəstəliklərdən, xüsusilə ölümcül ürək xəstəliklərindən qoruyur. Peyğəmbər (s) bir hədisdə də belə buyurmuşdur: "Oruc qoruyucudur."

İkincisi: Oruc daha çox özünə hakim olmağa kömək edir. Buna görə də Peyğəmbər (s) gənclərə oruc tutmağı tövsiyə edərək buyurur:

"Ey cavanlar, evlənmək imkanı olan hər biriniz evlənsin. Buna gücü çatmayan şəxslər oruc tutsun. Çünki oruc onun şəhvətini idarə etmək qabiliyyətinə sahibdir."

Lakin bu nəticələr qeyri-islami şəkildə yəni rejim formasında oruc tutmaqla bağlıdır. İldə bir ay İslam qaydasında oruc tutulsa, mütləq daha yaxşı nəticə verəcək.
("İQNA")

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031