Qərbi Afrika son 10 ilin ən ciddi ərzaq böhranını yaşayır
Mьəllif: Admin
Tarix: 6-04-2022, 13:06
Bцlmə: Xəbərlər
Qərbi Afrika son 10 ilin ən ciddi ərzaq böhranını yaşayır
Qərbi Afrika son on ilin ən ciddi ərzaq və qida problemilə üz-üzədir.

Az.rasthaber.com trthaber-ə istinadən xəbər verir ki, Mərkəzi Londonda yerləşən beynəlxalq humanitar təşkilat “Oxfam” tərəfindən edilən açıqlamada Sahelin bəzi bölgələrində taxıl istehsalının 2021-ci illə müqayisədə üçdə bir azaldığı və əsas qida ehtiyatlarının demək olar ki, tükəndiyi bildirilib.

Milyonlarla insan quraqlıq, daşqın, qarşıdurma və “Covid-19” səbəbiylə yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Son 5 ildə ərzaq qiymətləri 30 faiz artıb, Rusiya-Ukrayna müharibəsi vəziyyəti daha da pisləşdirib.

Burkina Faso, Niger, Çad, Mali və Nigeriya da daxil olmaqla Qərbi Afrikadakı ərzaq böhranları son 10 ildə dərinləşib. Təcili ərzaq yardımına ehtiyacı olan insanların sayı 2015-ci ildə 7 milyon idisə, 2022-ci ildə 27 milyona çatıb. Bu rəqəmin Qərbi Afrikada iyun ayına qədər 38 milyona qədər yüksələ biləcəyi xəbərdarlığı edilib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031