Ramazan ayı ilə bağlı Ayətullah Sistaninin ÇIXIŞI
Mьəllif: Admin
Tarix: 4-04-2022, 12:14
Bцlmə: Xəbərlər
Ramazan ayı ilə bağlı Ayətullah Sistaninin ÇIXIŞI
2022-ci ilin Ramazan ayı ilə əlaqədar Ayətullah əl-Üzma Seyyid Əli Sistani çıxış edib.

Ey insanlar, Allahın ayı sizə bərəkət, rəhmət və məğfirət gətirdi. Bu ay Allah yanında ən fəzilətli aydır. Onun gündüzləri, gecələri və saatları bütün gündüzlərdən, gecələrdən və saatlardan daha fəzilətlidir.

Bu ay Allahın bayramına dəvət olunduğunuz aydır. Bu, ibadətinizin qəbul edildiyi və dualarınızın qəbul olunacağı aydır. Ey insanlar, bu ayda cənnətin qapıları hamının üzünə açıqdır, ona görə də Rəbbinizdən o qapıları yenidən üzünüzə bağlanmamasını istəyin.

Cəhənnəmin qapıları isə üzünüzə bağlıdır, Rəbbinizdən diləyin ki, onları bir daha sizin üzünüzə açmasın. Bu ayda şeytanlar zəncirlənmişdir. Allahdan istəyin ki, bir daha onlar hökmranlıq etməsin.

Ey camaat, bu ayda gözəl əxlaq ayağın büdrədiyi yerdən keçməyə yardım olar. Kim bu ayda tabeliyində olanlara yüngüllük bağışlasa, qiyamət günü onun hesabı yüngülləşər.

Hər kim bir yetimə ehtiram göstərsə, qiyamətdə Allah da onunla ehtiramla rəftar edər. Hər kim ki rəhmli olsa, Allah da qiyamətdə ona qarşı rəhmli olar.

İmam Əli (ə.s) buyurub: “Bəzi oruc tutanlar var ki, onlar üçün bu aydan susuzluqdan başqa bir şey qalmaz, bəziləri isə əzab və yorğunluqdan başqa bir şey görməzlər”.
(Az.rasthaber.com)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031