Sionistlərin dinc fələstinlilərə qarşı bitməyən zülmü
Mьəllif: Admin
Tarix: 23-03-2022, 22:15
Bцlmə: Xəbərlər
Sionistlərin dinc fələstinlilərə qarşı bitməyən zülmü
Sionist işğalçı qüvvələr bu gün səhər saatlarında, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində və Qüdsdə yenidən basqınlar həyata keçirərək, gənc qızlar, uşaqlar və azad edilmiş keçmiş məhbuslar da daxil olmaqla 40 fələstinlini həbs ediblər.

Az.rasthaber.com xəbər verir ki, Qüdsdə, şəhərin şərqindəki Əbu Disdə 14 fələstinli saxlanılıb.

Yerli mənbələrdən verilən məlumata görə, Nur Said Gilme və Mustafa Vail Caberi adlı iki uşaq, Qüdsdə, Məscidül-Əqsanın cənubundakı Silvan rayonunda həbs edilib.

Nablusun qərbindəki Tel qəsəbəsində, işğalçılar Necah Universitetinin tələbəsi olan Ayida Əl-Misri (şəhid Əmmar Əl-Misrinin qızı) və Aminə Bilal İştiyə adlı gənc qızları həbs edib.

İşğalçılar şəhərin cənubundakı Mədmə kəndinə də basqın edərək, axtarış apardıqdan sonra 2 nəfəri saxlayıb.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031